Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Diabet sadəcə qanda şəkərin yüksəlməsi deyil – zaman keçdikcə böyrəkləri, qaraciyəri, hormonal sistemi və ürək-damar sistemini zədələyə bilən xəstəlikdir. Diabet xəstələri üçün hazırlanmış bu nəzarət paneli, sağlamlığın müxtəlif aspektlərini qiymətləndirməklə, riskləri vaxtında aşkarlamağa imkan verir. Vaxtında aparılan analizlər:

▪️Böyrək fəsadlarının qarşısını alır;

▪️Qaraciyər yağlanmasını aşkarlayır;

▪️Hormonal balanssızlıqları göstərir;

▪️Damar tıxanması riskini azaldır.

Və ən əsası – xəstəliyin sizə yox, sizin ona nəzarət etməyinizi təmin edir!

 

Check-up paketə daxil olan müayinələr:

  • Qlükoza (aclıq): Qandakı şəkərin səviyyəsini göstərir. Diabetin əsas göstəricisidir və gündəlik nəzarətin əsasını təşkil edir.
  • İnsulin və İnsulin Rezistenliyi(HOMA-IR): Mədəaltı vəzi tərəfindən ifraz olunan və qlükozanı hüceyrəyə daxil edən açardır. O, qanda dolaşan şəkərin hüceyrələr tərəfindən enerji kimi istifadə edilməsini təmin edir.
  • HbA1c (Qlikohemoglobin) : Son 2-3 ay ərzində qan şəkərinin ortalama səviyyəsini göstərir. Qlükoza nəzarətinin sabitliyi və uzunmüddətli risklərin proqnozlaşdırılması üçün əvəzolunmazdır.
  • Kreatinin: Diabet xəstəliyi sonrası böyrəklərin funksiyasını qiymətləndirir.
  • Sidikdə mikroalbumin: Böyrəklər zədələnməyə başlamışsa, bunu ilk xəbər verən testdir. Diabetik nefropatiyanın qarşısını almaq üçün erkən xəbərdarlıq siqnalıdır.
  • Qalıq Azot (BUN) və Sidik cövhəri(UREA): Uzun müddətli nəzarətsiz şəkər səviyyəsi böyrəklərin süzmə qabiliyyətini zəiflədir. Nəticədə urea və qalıq azot qan dövranında toplanır, çünki böyrəklər onu normal şəkildə xaric edə bilmir.
  • ALT və AST (qaraciyər fermentləri): Qaraciyərin sağlamlığı diabetlə birbaşa əlaqəlidir. Bu testlər yağlı qaraciyər və digər qaraciyər problemlərinin erkən əlamətlərini göstərə bilər.
  • TSH və ST4 (Tiroid funksiyası testləri): Tiroid vəzinin hormonları təkcə maddələr mübadiləsinə deyil, qlükozanın hüceyrəyə necə daxil olduğuna, insulinə həssaslığına, hətta qlükozanın necə istifadə olunmasına təsir göstərir.
  • Lipid Paneli (Total xolesterin, LDL, HDL, Triqliserid): Diabetin ən təhlükəli fəsadlarından biri ürək-damar sistemi ilə bağlıdır. Bu analizlər damar sağlamlığını qiymətləndirmək üçün əsasdır.

    Qeyd: Qiymət haqqında məlumat üçün (+994) 55 400 0910 Whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi