Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Stress Paneli — bədənin xroniki və ya kəskin stresə necə reaksiya verdiyini qiymətləndirmək üçün hazırlanmış kompleks paketdir. Uzunmüddətli və idarə olunmamış stres metabolik pozğunluqlar, yuxu problemləri, xroniki yorğunluq, immun zəifləyi, depressiya və hətta ürək-damar xəstəliklərinə yol aça bilər.


 Bu Hallarda Stress Paneli Verilməlidir:
▪️Davamlı yorğunluq, zəiflik hissi;
▪️Gecə yuxusuzluğu və ya erkən oyanma;
▪️Narahatlıq, təşviş, panik atak əlamətləri;
▪️Qan təzyiqinin səbəbsiz dalğalanması;
▪️Konsentrasiya və yaddaş pozğunluqları;
▪️Cinsi istəkdə azalma, menstrual nizamsızlıqlar.
 

Check-up paketə daxil olan müayinələr:

  • Kortizol: Əsas stress hormonudur, səhər yüksək, axşam aşağı olmalıdır.Uzunmüddətli yüksəkliyi: yuxusuzluq, piylənmə, təzyiq artımı.Normadan az olması: adrenal yorğunluq, depressiv hallar.
  • DHEA-SO4: Kortizol/DHEA nisbəti -stressin təsir gücünü təyin edir.
  • ACTH (Adrenokortikotrop hormon): Kortizolun(Stress hormonunun) hipofizdən idarəsini göstərir.
  • Prolaktin: Stress altında yüksələn hormonlardan biridir.Yüksəkliyi menstrual nizamsızlıqlar, sonsuzluq və libidoda azalma ilə əlaqələndirilir.
  • Vitamin B6 (Piridoksin):nNeyrotransmitterlər və adrenal hormonların sintezində rol oynayır.Aşağı olduqda: gərginlik, yuxusuzluq, emosional dəyişkənlik.
  • Vitamin B9 (Fol turşusu): Serotonin, dopamin kimi emosional tarazlığı tənzimləyən maddələrin sintezində iştirak edir. Çatışmazlıq: depressiv hallar, fokuslanma çətinliyi.
  • Vitamin B12 (Kobalamin): Sinir hüceyrələrinin qorunması və enerji istehsalı üçün vacibdir.Aşağı olduqda: əsəbilik, yaddaş zəifliyi, yorğunluq.
  • 25-OH D vitamini: Təkcə sümük sağlamlığı üçün deyil, həm də beyin və sinir sistemi funksiyası üçün vacibdir.Aşağı D vitamini səviyyəsi stress hormonu olan kortizolun artmasına və əhval dəyişikliklərinə səbəb ola bilər.Xroniki stres vəziyyətində D vitamini ehtiyatı daha sürətli tükənə bilər, bu da yorğunluq, yuxusuzluq və emosional dalğalanmalara gətirib çıxara bilər.
  • Maqnezium (Mg): Təbii sakitləşdirici mineral – sinir impulslarının ötürülməsi və əzələ rahatlığı üçün vacibdir.
  • Adrenalin və Noradrenalin: Artıq olduqda: əsəbilik, tərləmə, ürəkdöyünmə, panik atak. Az olduqda: motivasiya əskikliyi, enerjisizlik, adaptasiya pozuntusu.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi