Sağlam cavab

USM müayinələri üçün necə yaxınlaşmaq lazımdır?

Abdominal (qarın boşluğu) ultrasəsmüayinəsi üçün pasiyent acqarına, sidik kisəsi dolu  yaxınlaşmalıdır. Kofe qəbulu olmamalıdır(öd kisəsini yığır).

Abdominal usm zamanı qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəz, dalaq, böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır. 

Uroloji və ginekoloji transabdominalmüayinəsi üçün sidik kisəsi dolu olmalıdır.

Uroloji usm zamanı böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır. Kişilərdə əlavə olaraq prostat vəzinə də baxılır. 

Transvaginal ginekoloji usm üçün sidikkisəsi boş olmalıdır.

 

Follikulometriya ovulyasiyanın təyini üçünyoxlanılır(adətən aybaşının 10-12-14 günləri).

Əmgəyi qapanmamış körpələrin beyintoxumasını Neyrosonoqrafiya edərək fikir yürütmək mümkündür.

Timus-2 yaşa qədər uşaqlarda yoxlanılır

  1. KTQ(kardiotokoqrafiya)

Hamiləliyin 28-30həftəsindən başlayaraq dölün ürək döyüntülərinin təyini üçün aparılır. Keyfiyyətli KTQ qrafikləri əldə etmək üçün ən uyğun həftə 32-ci həftədir,çünki bu həftədən başlayaraq döl “aktivlik-sakitlik” tsiklində olmağa başlayır. Ancaq Nərimanov filialımızda aparılır. 

 

Qeyd: USM müayinəsi üçün mütləq əvvəlcədən əlaqə saxlayaraq yazılmaq lazımdır. 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi