Abdominal (qarın boşluğu) ultrasəs müayinəsi üçün pasiyent acqarına, sidik kisəsi dolu yaxınlaşmalıdır. Kofe qəbulu olmamalıdır(öd kisəsini yığır).
Abdominal usm zamanı qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəz, dalaq, böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır.
Uroloji və ginekoloji transabdominal müayinəsi üçün sidik kisəsi dolu olmalıdır.
Uroloji usm zamanı böyrəklər, sidik kisəsi, sidik axarları yoxlanılır. Kişilərdə əlavə olaraq prostat vəzinə də baxılır.
Transvaginal ginekoloji usm üçün sidik kisəsi boş olmalıdır.
Follikulometriya ovulyasiyanın təyini üçün yoxlanılır(adətən aybaşının 10-12-14 günləri).
Əmgəyi qapanmamış körpələrin beyin toxumasını Neyrosonoqrafiya edərək fikir yürütmək mümkündür.
Timus-2 yaşa qədər uşaqlarda yoxlanılır
- KTQ(kardiotokoqrafiya)
Hamiləliyin 28-30 həftəsindən başlayaraq dölün ürək döyüntülərinin təyini üçün aparılır. Keyfiyyətli KTQ qrafikləri əldə etmək üçün ən uyğun həftə 32-ci həftədir,çünki bu həftədən başlayaraq döl “aktivlik-sakitlik” tsiklində olmağa başlayır. Ancaq Nərimanov filialımızda aparılır.
Qeyd: USM müayinəsi üçün mütləq əvvəlcədən əlaqə saxlayaraq yazılmaq lazımdır.