Bu check-up paket niyə əhəmiyyətlidir?
Bu yaş aralığında artan intellektual və fiziki yük, intensiv stress, oturaq həyat tərzi və qeyri-müntəzəm qidalanma nəticəsində hüceyrə səviyyəsində mühüm metabolik elementlərin balansı pozula bilər. Bu pozulmalar ilkin mərhələdə özünü xroniki yorğunluq, dəridə solğunluq, saç tökülməsi, konsentrasiya çətinliyi və emosional dəyişkənlik kimi göstərə bilər. Aşağıdakı analizlər bu dövr üçün funksional və biokimyəvi baxımdan seçilmişdir.
Check-up paket tərkibində yoxlanılanlar
- 25-OH Vitamin D
- Mis,Cu
- Vitamin B6
- Vitamin B9
- Vitamin B12
- Kalsium,Ca
- Sink,Zn
- Biotin,Vitamin H
- Manqan,Mn
- Dəmir,Fe
- 25-OH Vitamin D yalnız sümük sağlamlığı üçün deyil, immun funksiyanın tənzimlənməsi, əzələ fəaliyyəti, sinir sisteminin stabilliyi və cinsi hormonların sintezi və fəaliyyəti(testosteron) üçün də həyati əhəmiyyət daşıyır. 18–35 yaş arası qapalı məkanlarda uzun müddət işləmək, günəşlə kifayət qədər təmasın olmaması bu vitaminin defisitinə səbəb ola bilər.
- Manqan antioksidant fermentlərin aktivliyini təmin edən və enerji metabolizmasında, iştirak edən mikroelementdir. Oksidativ stressin zərərli təsirlərindən qoruyur.
- Dəmir hüceyrələrə oksigen daşınmasında iştirak edən hemoqlobinin əsas komponentidir. Onun defisiti dəri solğunluğu,anemiya,diqqət pozuntusu və ümumi zəifliklə nəticələnə bilər. Bu yaş dövründə qadınlarda menstrual tsikl zamanı təxminən 15–30 milliqram dəmir itirilir.
- Mis dəmirin orqanizmdə düzgün istifadəsini dəstəkləyir. Eyni zamanda kollagen sintezi üçün çox vacibdir və çatışmazlığında dərinin elastikliyi azalır.
- Vitamin B6 emosional tarazlıq, stressə dözümlülük və yuxu keyfiyyəti ilə birbaşa əlaqəlidir. Həmçinin, homosistein səviyyəsinin normallaşdırılmasında B12 və folatla birgə təsir göstərir.
- Vitamin B9-Folat, DNT sintezi, hüceyrə bölünməsi üçün zəruri bir vitamindir. Bu yaş aralığında reproduktiv sistemin aktivliyi və beyin funksiyalarının dəstəklənməsi üçün optimal folat səviyyəsi mütləqdir.
- Vitamin B12 sinir toxumasının mielinizasiyası, qırmızı qan hüceyrələrinin sintezi və homosistein metabolizmasında iştirak edir. 18–35 yaş aralığında artan zehni yüklənmə və stress fonunda onun çatışmazlığı yaddaş zəifləməsi, psixoloji gərginlik və enerji düşüklüyü ilə özünü göstərə bilər.
- Kalsium ionları tərəfindənsinir impulslarının ötürülməsi idarə olunur və idman,stress şəraitində kalsiuma olan tələbat artır. Kalsium balansının pozulması gələcək illərdə sümük əriməsi riskini artırır.
- Sink toxuma regenerasiyası, immun sistemin effektivliyi, dəridə kollagen sintezi və hormonal sabitlik üçün əsas mikroelementlərdən biridir. Gənc yaşlarda tez-tez müşahidə olunan saç tökülməsi, dəri problemləri və infeksiyalara meyillilik sink defisiti ilə əlaqəli ola bilər.
- Biotin (Vitamin H) keratin sintezi və yağ turşularının metabolizmasında iştirak edərək saç, dəri və dırnaq sağlamlığına töhfə verir. Estetik görünüşə önəm verilən bu yaş aralığında biotinin stabil səviyyədə saxlanılmazsa dəri quruluğu,dırnaq qırılması,saç tökülməsi hallarına rast gəlinir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.