Vitamin Check-up Paketləri

Bu check-up paket niyə əhəmiyyətlidir?

50 yaşdan sonra bədəndə fizioloji və funksional olaraq dəyişikliklər baş verir – metabolizm bir qədər yavaşlayır, enerji ehtiyacları dəyişir, bəzi vitamin və mineralların səviyyəsi isə daha tez azalır.

Bu dövrdəgörmə sağlamlığında da dəyişikliklər baş verir, xüsusilə makula degenerasiyası kimi yaşa bağlı görmə problemləri daha çox müşahidə olunur. Digər tərəfdən, elektrolit balansının pozulması həm ürək, həm sinir sistemi, həm də ümumi enerji səviyyəsinə ciddi təsir göstərə bilər.

Check-up paket tərkibində yoxlanılanlar:

  • 25-OH Vitamin D
  •  Vitamin B12
  • Vitamin A
  • İonlaşmış Kalsium
  • Fosfor
  • Natrium,Na
  • Kalium,K
  • Xlor,Cl
  • Sink,Zn
  • Selen,Se
  • 25-OH Vitamin D kalsium və fosforun mənimsənilməsini təmin edir, sümük möhkəmliyini qoruyur, əzələ funksiyasını dəstəkləyir, immun sisteminə təsir göstərir.Çatışmazlıq osteoporoz, sınıq riski və əzələ zəifliyi ilə nəticələnə bilər.
  • Vitamin B12 sinir sistemi funksiyalarını, qırmızı qan hüceyrələrinin istehsalını və DNT sintezini təmin edir. Yaşa bağlı mənimsənilməsi çətinləşir. Çatışmazlıq anemiya, yaddaş zəifliyi və nevroloji pozğunluqlar yarada bilər.
  • Vitamin A görmə piqmentlərinin sintezində, epitel toxumaların sağlamlığında və immun funksiyada iştirak edir. Bu vitaminin yetərli səviyyədə qəbulu yaşa bağlı makula degenerasiyası və gecə görmə zəifliyinin qarşısının alınmasında rol oynayır.
  • İonlaşmış Kalsium hormonal dəyişikliklər (xüsusən menopauza sonrası) kalsium balansını poza bilər, bu da sümük kütləsinin azalmasına səbəb ola bilər.
  • Fosfor kalsiumla birlikdə sümük və diş quruluşunu formalaşdırır, ATP sintezində, hüceyrə və toxumaların enerji tənzimində rol oynayır , hüceyrə membranlarının tərkib hissəsidir.
  • Natrium maye-elektrolit tarazlığını, qan təzyiqini və sinir impulslarının ötürülməsini təmin edir. Çatışmazlıq ürək-damar sağlamlığına ğ mənfi təsir göstərə bilər, buna görə səviyyəsi nəzarətdə saxlanmalıdır.
  • Kalium hüceyrə daxili əsas kationdur, ürək ritmi, əzələ funksiyası və qan təzyiqinin tənzimlənməsi üçün vacibdir. Hipertoniya və aritmiya riskinin idarəsində mühüm rol oynayır.
  • Xlor turşu-qələvi tarazlığı qoruyur, mədə turşusunun (HCl) tərkib hissəsidir.
  • Sink immun sisteminin fəaliyyəti, yaraların sürətli sağalması, infeksiyalara qarşı müdafiədə rol oynayır.
  • Selen (Se) Antioksidant müdafiədə , tiroid hormon metabolizmasında iştirak edir. Oksidativ stressin qarşısını alır, immun sistemi gücləndirir və xroniki xəstəliklərin riskini azalda bilər.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi