Post-Antibiotik Bərpa paketi
Bu Check-up paket niyə əhəmiyyətlidir?
Antibiotiklər bir çox xəstəliklərlə mübarizədə çox təsirli vasitədir.
Lakin onlar yalnız zərərli bakteriyaları deyil, eyni zamanda bağırsaq mikroflorasında yaşayan faydalı bakteriyaları da məhv edir.
Bu isə bədəndə bəzi vitaminlərin sintezi və mənimsənilməsi proseslərinin pozulmasına səbəb olur.
Kompleks analizlər antibiotik qəbulundan sonra ən çox rast gəlinən vitamin çatışmazlıqlarını aşkarlamağa kömək edir.
Check-up paketə daxil olanlar:
- Vitamin B6
- Vitamin B9
- Vitamin B12
Vitamin B6 (Piridoksin)
- Eritrositlərin (qırmızı qan hüceyrələrinin) yaranmasında iştirak edir.
- İmmunitet reaksiyalarının aktivləşməsinə kömək edir.
- Sinir hüceyrələrinin qlükozanı mənimsəməsi və neyrotransmitterlərin sintezi üçün vacibdir.
- Zülal mübadiləsində iştirak edir.
- Yağ mübadiləsində- lipidlərin parçalanmasında təsir göstərir.
Vitamin B12 (Sianokobalamin)
- İnsan orqanizmində sintez olunmur.
- Əsas mənbələri: bağırsaq mikroflorası və heyvan mənşəli qidalar.
- Antibiotik müalicəsi bağırsaq florasını zəiflədərək B12 istehsalını azaldır.
- B12 çatışmazlığı sinir sistemi, qan və hüceyrə bölünməsi funksiyalarını zəiflədir.
Vitamin B9 (Fol turşusu)
- Nazik bağırsaqda mənimsənilir, burada biokimyəvi çevrilmələrə uğrayaraq aktiv formaya keçir.
- Aktiv forması qan dövranına keçərək hüceyrə proseslərində iştirak edir.
- Əsas funksiyası: metil qruplarının (CH₃) daşınması, bu isə DNT və bəzi amin turşularının (məs. qlisin, metionin) sintezini təmin edir.
Fol turşusu çatışmazlığının nəticələri:
- DNT sintezi zəifləyir,DNT-də urasil timin əvəzinə yerləşir, bu da onu daha tez parçalanan edir
- Meqaloblast anemiyası yaranır:Dəri solğunluğu,Zəiflik, tez yorulma,Qanda atipik hüceyrələrin görünməsi kimi əlamətlərlə özünü biruzə verir.
- Eyni zamanda:Trombosit və leykositlərin sayı azalır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.