Bu check-up paket niyə əhəmiyyətlidir?
- Böyrəklərdə baş verən patoloji proseslər nəticəsində orqanizmdə metabolik pozulmalar yaranır. Bu pozulmalar isə öz növbəsində müxtəlif vitamin və mineral çatışmazlıqlarına səbəb olur. Böyrəklərin funksional vəziyyətini qiymətləndirmək və onların sağlamlığını izləmək üçün aşağıdakı vitamin və minerallar xüsusi əhəmiyyət daşıyır:
Check-up paket tərkibində yoxlanılanlar
- Selen,Se
- Vitamin B1
- Vitamin A
- Maqnezium,Mg
- Vitamin D
- İonlaşmış Ca
- Fosfor,P
- Kalium,K
- Natrium,Na
- Xlor,Cl
- Vitamin B6
- Vitamin D (25-OH D)
D vitamini əvvəlcə qaraciyərdə, sonra isə böyrəklərdə aktiv formaya çevrilir.
- Böyrək funksiyası pozulduqda bu çevrilmə prosesi zəifləyir.
- D vitamini səviyyəsinin həddindən artıq yüksəlməsi isə bədəndə kalsium yığılmasına və kəskin böyrək çatışmazlığına səbəb ola bilər.
- Vitamin A
Böyrəklər A vitaminini qanda daşıyan proteinin (retinol-bağlayan protein) parçalanmasında iştirak edir.
- Böyrək funksiyası zəiflədikdə, bu protein parçalanmır və A vitamini qanda yığılır.
- Bu, hipervitaminoz A vəziyyətinə və toksiki təsirlərə səbəb ola bilər.
- B qrup vitaminləri (B1 və B6)
Bu vitaminlər suda həll olan və əsasən qida yolu ilə qəbul edilən maddələrdir.
- Xüsusilə pəhriz məhdudiyyətləri olan böyrək xəstələrində onların səviyyəsi azalır.
- Bu isə sərbəst radikalların artmasına və hüceyrə zədələnməsinə səbəb ola bilər.
- Selen
Xroniki böyrək çatışmazlığı olan şəxslərdə selenin səviyyəsi serumda azalır.
- Bu çatışmazlıq anemiya, əzələ zəifliyi və immun sistemin zəifləməsi ilə müşayiət olunur.
- Maqnezium (Mg)
Böyrək funksiyası zəiflədikcə maqneziumun orqanizmdə atılması çətinləşir və qanda toplanır.
- Artıq maqneziumun fəsadları: təzyiqin düşməsi, əzələ zəifliyi, mental çöküntü.
- Fosfor və ionlaşmış kalsium (Ca²⁺)
Böyrəklər fosfor və kalsiumun bədəndəki səviyyəsini tarazlıqda saxlayır.
- Böyrək problemi zamanı fosfor sidiklə xaric ola bilmir, qanda yığılır.
- Bu fosfor sümüklərdəki kalsiumu özünə çəkərək sümük sıxlığını azaldır.
- Nəticədə sümüklər kövrəkləşir və qırılma riski artır.
- Kalium (K), Natrium (Na) və Xlor (Cl)
Böyrəklər qanda elektrolit və turşu-qələvi balansını tənzimləyir.
- Böyrək funksiyası pozulduqda bu maddələrin sidiklə xaric olunması zəifləyir.
- Nəticədə qanda miqdarları dəyişir, bu da ürək, sinir və əzələ sisteminə mənfi təsir göstərə bilər.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.