Bu check-up niyə əhəmiyyətlidir?
- Görmə orqanlarının xəstəlikləri çox zaman vitamin və mikroelement çatışmazlığı ilə müşayiət olunur. Bu kompleks analizlər, ən çox rast gəlinən çatışmazlıqları müəyyən etməyə kömək edir.
Check-up paketdə yoxanılanlar:
- Vitamin A
- Vitamin E
- Sink,Zn
- Selen,Se
Vitamin A
Görmə sistemi üçün ən vacib vitaminlərdən biri hesab olunur.
- A vitamini gözün buynuz qişasını möhkəmləndirir,görmə itiliyini artırır.
Əgər orqanizmdə bu vitamin çatışmırsa, rodopsin adlı görmə piqmentinin sintezi pozulur.Nəticədə gecə korluğu yaranır- yəni insan qaranlıqda və ya zəif işıqda əşyaları aydın görə bilmir.
Vitamin E
- Bu vitamin göz damarlarının keçiriciliyini yaxşılaşdırır, bu da göz toxumalarının faydalı maddələrlə daha sürətli qidalanmasına şərait yaradır.E vitamini, C vitamini ilə birlikdə oksidativ stressə qarşı qoruyucu rol oynayır və yaşa bağlı katarakta(mirvari suyunun yığlması) riskini azaldır.
Sink (Zn)
- Sink retinada yüksək konsentrasiyada olur. Görmə funksiyasını dəstəkləyən fotoreseptor hüceyrələrin uzunömürlülüyünü təmin edir. Eyni zamanda A vitamininin fermentativ aktivliyini artırır. Oksidativ stressdən müdafiə edərək yaşla bağlı makula degenerasiyası riskini əhəmiyyətli dərəcədə azaldır.
Selen (Se)