Haqqımızda

?>Rəhbərlik ?>Karyera ?>Lisenziya və mükafatlar ?>İnkişaf tariximiz
Vüqar Eyvazov

2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.

Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial fəaliyyət göstərir. 

ISO 9001:2015 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.

Tam avtomatlaşdırılmış sistem, Amerika və Avropa istehsalı olan reagentlər, keyfiyyətə xüsusi nəzarət və elektron idarəetmə sistemi pasiyentlərimizin bizə olan inamını və güvənini daim artırır.

Mərkəzimizdə göstərilən xidmət çeşidini artırmaq üçün beynəlxalq akkreditasiya olunmuş laboratoriyalar ilə əməkdaşlıq edirik. Bizə müraciət edən pasiyentlərə geniş çeşidli xidmət göstərmək məqsədilə dünya tibb sahəsində olan laborator yeniliklər mərkəzimizdə tətbiq olunur.

Göstərdiyimiz yüksək keyfiyyətli xidmətdə ən dəyərli sərvətimiz olan ailə üzvlərimiz xüsusi rola malikdir. Onların səriştəsi, peşəkarlığı, təcrübəsi və əzmkarlığı uzunmüddətli uğurlarımızın əsasını təşkil edir.

Sağlam Ailə Tibb Mərkəzinin Direktoru
Vüqar Eyvazov

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi