Haqqımızda

RəhbərlikKaryeraLisenziya və mükafatlarİnkişaf tariximiz

Baş mühasib

Vəzifə və öhdəliklər:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir;
  • Müəssisəyə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir;
  • Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni ttəşkil edir;
  • Mühasibatlıq üzrə keyfiyyətli xidmətin göstərilməsini təmin edir;
  • Müəssisənin maliyyə cədvəllərini hazırlanmasını, mühasibat uçotunun qüvvədə olan qanunvericiliklərə uyğun aparılmasının əsas və üsullarının müəyyənləşdirilməsini, müvafiq mühasibat uçotunun düzgün və şəffaf şəkildə aparılmasını, aparılan ödənişlərin və digər sənədlərin qeydiyyat və köçürülməsinin həyata keçirilməsini, ödənişlərin təsdiqinin icra edilməsini təşkil edir;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim edilməsində yaxından iştirak edir;
  • Şöbənin işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə Departamentin rüblük, yarımillik və illik hesabatlarının hazırlanmasında iştirak edir;
  • Departamentin digər şöbələri ilə fəaliyyətini koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir;
  • Şöbə işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirir;
  • Şöbə işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbə əməkdaşlarının əməyinin qiymətləndirilməsi və motivasiyasını həyata keçirir;
  • Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir;
  • Rəhbərliyin təyin etdiyi vaxtlarda əmək fəaliyyəti ilə bağlı hesabatları təqdim edir.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Aidiyyatı sahədə 5 ildən artıq iş təcrübəsi;
  • MS Office və ERP proqramlarından istifadə etmək bacarığı;
  • Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı;
  • Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
  • Peşəkar mühasib sertifikatına (PMS) malik olması mütləqdir.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü:
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Baş mühasib” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi