Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

İşə qəbul və kadrlar şöbəsinə baş mütəxəssis

“Sağlam Ailə” klinikası İşə qəbul və kadrlar şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

 Vəzifə və öhdəliklər:

  • İşçi ehtiyaclarını müəyyən etmək;
  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Gündəlik müsahibə cədvəlinin aparılması;
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
  • Müsahibə nəticələrinin database-nin aparılması;
  • İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
  • Namizədlərin rezerv bazasının formalaşdırılması və mütəmmadi olaraq yenilənməsini təmin etmək;
  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
  • İşə qəbul sahəsi üzrə fərdi KPİ-ın və hədəflərin icrasını təmin etmək;
  • İşə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Təhsil müəssisələri və digər partnyorlarla əlaqələrin qurulması və inkişafını təmin etmək;
  • Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığına malik olmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;

İş şərtləri:

  • İş qrafiki: Həftənin 6 günü;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  “İşə qəbul və kadrlar şöbəsinə baş mütəxəssis” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.