Tələblər:
- Sahə üzrə minimum 2 il iş təcrübəsi 
- Adobe Illustrator, Photoshop, InDesign proqramlarında peşəkar biliklər 
- Motion dizayn sahəsində biliklər (After Effects, Premiere Pro və s.) üstünlük sayılır 
- Kreativ düşüncə, yaradıcı yanaşma və komandada işləmə bacarığı 
Vəzifə öhdəlikləri:
- Sosial media üçün vizual kontentlərin hazırlanması (post, story, reels və s.) 
- Brend kimliyinə uyğun dizaynların hazırlanması (banner, etiket, kataloq, paket və promo materiallar) 
- Yeni kampaniya və məhsul təqdimatları üçün yaradıcı ideyaların irəli sürülməsi 
- Fotosessiya və video çəkilişlər zamanı dizayn dəstəyinin göstərilməsi 
- Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi 
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00 (həftəlik 40 saat) 
- Klinikada göstərilən xidmətlər üzrə əməkdaş və ailə üzvləri üçün güzəştlər 
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur 
Qeyd: Müraciət zamanı CV ilə yanaşı portfolio göndərilməsi məcburidir.
