“Sağlam Ailə” tibb mərkəzi Tibb qardaşı vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
- Klinikaya müraciət edən pasiyentləri qəbul edir, pasiyentin şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
- Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında məlumatlandırır;
- Laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini həyata keçirir;
- Lazım gəldiyində pasiyentlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
- İstəyə əsasən xidmətlərin müqayisəli tövsiyyəsini etmədən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir / Check-up xidmətlər təklif edir / Müvafiq ixtisaslı həkimə yönləndirir).
Namizədə olan tələblər:
- Ali tibbi və ya orta tibb ixtisas təhsil;
- Cinsi: Kişi;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
- İş qrafiki: həftənin 6 günü;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibb qardaşı” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.