"Sağlam Ailə" Tibb mərkəzi Xəzinədar vakansiyası elan edir.
Namizədə olan tələblər:
Ali iqtisadi təhsil;
Azərbaycan, rus dilləri biliyi - əla;
Təcrübə vacib deyil;
MS Office proqramlarından istifadə etmək bacarığı;
Punktual, aktiv, çevik, ünsiyyətcil, diqqətcil və məsuliyyətli olmalı.
Vəzifə və öhdəliklər:
Nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların muhafizəsi qaydalarına mutləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması uzrə əməliyyatları həyata keçirir;
Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparılmasını həyata keçirir, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur;
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil, məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılmasını həyata keçirir;
Kassaya toplanan pulun müvafiq bankdakı hesaba mədaxil edilməsini təmin etmək;
Mərkəzi bankın təlimatlarına uyğun olaraq, istifadəyə yararsız maliyyə vəsaitlərini tanıyır və belə maliyyə vəsaitlərinin xəzinəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görür;
Müəssisədə nəğd ödənişlərlə bərabər nəğdsiz ödənişlərin icrasını həyata keçirir;
Vergi aparatı və pos-terminallardan istifadə.
Şərtlər:
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Xəzinədar” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.