Keyfiyyət siyasətinin məqsədi “Sağlam Ailə” MMC-nin Tibbi Laboratoriyasında laborator müayinələrin aparılması üçün laboratoriyanın səriştəliliyini təmin etməkdir.
Keyfiyyət siyasətinin hazırlanmasının başlıca məqsədi laborator xidmətlərdə yüksək keyfiyyəti və müayinə nəticələrinin izlənilməsini təmin etməklə obyektiv nəticələrin əldə edilməsi və buninla da qeyri-dəqiq nəticələrdən sığortalanmaqdan ibarətdir.
Laboratoriyanın rəhbərliyi Laborator xidmətləri İSO 15189 ”Tibbi laboratoriyalar. Keyfiyyət və səriştəliliyə olan tələblər” Beynəlxalq Standartının tələblərinə uyğun qurmaqla keyfiyyətli xidmət göstərməyi öhdəlik olaraq üzərinə götürür.
Bununla əlaqədar olaraq Laboratoriyanın rəhbəri tərəfindən aşağıdakı hədəflər müəyyən edilmişdir:
- Laboratoriyada göstərilən xidmətlərin İSO 15189 standartının tələblərinə uyğun aparılmasını təmin etmək;
- Göstərilən laborator xidmətlərin keyfiyyətini sabit saxlamaq üçün nəticələrin izlənilməsini həyata keçirmək;
- Xidmətlərin göstərilməsinə cavabdeh olan personalın peşəkarlıq səviyyəsini daim artırmaq və onların potensial imkanlarından istifadə etmək;
- Laboratoriyanın fəaliyyəti ilə bağlı bütün normativ sənədlərin tələblərini yerinə yetirmək;
- Müayinələrin yüksək keyfiyyətini təmin etmək üçün laboratoriyanın lazımi cihaz və avadanlıqlarla təminatını təşkil etmək;
- Laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinin artırılması ilə keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etmək;
- Bütün proseslərin təkmilləşdirilməsi də daxil olmaqla İdarəetmə Sisteminin səmərəliliyini davamlı olaraq artırmaq;
- Laboratoriya tərəfindən göstərilən xidmətlərin keyfiyyətini və etibarlılığını təmin etmək;
- Prosesləri tam avtomatlaşdırmaq;
- Xidmətin göstərilməsi zamanı ehtimal olunan riskləri müəyyən etmək və onların təsir gücünün azaldılması istiqamətində tədbirlər görmək;
- Laboratoriyanın xidməti proseslərini ümumi İdarəetmə prinsiplərinə uyğun təşkil etmək;
- Müştərilərin tələblərini hərtərəfli öyrənmək, göstərilən xidmətlərin keyfiyyətini müştərilərin tələb və təkliflərinə uyğun olaraq daim yüksəltmək;
- Yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmət göstərmək;
- İdarəetmə Sistemini fasiləsiz təkmilləşdirmək və İSO 15189 Beynəlxalq standartının tələblərinə uyğunlaşdırmaq yolu ilə göstərilən xidmətləri stabil keyfiyyətlə təqdim etmək.