Spesifik IgE - Maya göbələyi (Saccharomyces cerevisiae) - f45

0 Azn

Saccharomyces cerevisiae çörək mayası və ya pivə mayası kimi tanınan birhüceyrəli göbələkdir. Qida, içki və əczaçılıq sənayesində istifadə olunan qabartma mayasıdır. Təbii olaraq bitkilərdə və torpaqda olur. 

Maya göbələyinə qarşı xüsusi IgE səviyyəsini qiymətləndirən testdir. Spesifik allergiyanı müəyyən etmək və allergen spesifik immunoterapiyanın effektivliyini proqnozlaşdırmaq üçün istifadə olunur.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.

Allergik rinitin simptomları:

  • Boğazda selikli qişanın şişməsi
  • Burun axması
  • Gözlərin yaşarması
  • Temperatur

Nəticələrin normadan yüksək olması xəstəliyin allergik mənşəli olduğundan xəbər verir.