Spesifik IgE - Dermatophagoides pteronyssinus (ev tozu gənəsi) - d1

26 Azn

Dermatophagoides pteronyssinus - məişət tozlarında yaşayan və bəzi insanlarda ciddi allergiyaya səbəb olan gənədir. Ev tozu gənələrinin ən geniş yayılmışı və təhlükəlisi hesab olunur. 

Allergik reaksiyanı gənənin özü deyil, həyat fəaliyyəti zamanı ifraz etdiyi fekal və tüpürcəklərdir ki, bunlar allergen adlanır. Ümumi çəkisi 10-40 mikron (m1x10(-9)) arasında dəyişir. 

"Dermatophagoides pteronyssinus"-a qarşı xüsusi IgE səviyyəsini qiymətləndirən testdir. Spesifik allergiyanı müəyyən etmək və allergen spesifik immunoterapiyanın effektivliyini proqnozlaşdırmaq üçün istifadə olunur.qarşı xüsusi IgE səviyyəsini qiymətləndirən testdir. Spesifik allergiyanı müəyyən etmək və allergen spesifik immunoterapiyanın effektivliyini proqnozlaşdırmaq üçün istifadə olunur.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.

Allergik rinitin simptomları:

  • Boğazda selikli qişanın şişməsi
  • Burun axması
  • Gözlərin yaşarması
  • Temperatur

Nəticələrin normadan yüksək olması xəstəliyin allergik mənşəli olduğundan xəbər verir.