Zülal mübadiləsinin əsas son məhsuludur. Qalıq azotun təqribi 50%-ni sidik cövhəri təşkil edir. Qaraciyərdə Krebs siklində amin turşulardan sintez olunur. Sidik cövhəri osmotik aktiv maddədir və sidiyin qatılaşması mexanizmində vacib rol oynayır. Böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.
Kliniki diaqnostikada sidik cövhəri böyrəklərin ifrazat funksiyasını dəyərləndirmək üçün istifadə olunur. Sağlam insanda sidik cövhərinin əmələ gəlməsi onun qidalanmasından asılıdır. Heyvan mənşəsi qidaların (ət, balıq, yumurta, pendir, kəsmik) qəbulu zamanı sidik cövhəri miqdarı artır, bitki mənşəli qidalanmada isə əksinə azalır. Qaraciyər patologiyaları zamanı isə sidik cövhəri miqdarının azalması müşahidə oluna bilər. Uşaqlarda və hamilə qadınlarda yüksək zülal sintezi ilə əlaqədar sidik cövhəri miqdarı aşağı olur. Yaşlandıqca sidik cövhərinin miqdarı artır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi standart pəhriz saxlanması (normadan artıq zülal və purin qəbulunun olmaması) lazımdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Qaraciyər və böyrək funksiyasının müayinəsi
- Böyrək çatışmazlığı
- Qaraciyər çatışmazlığı
Sidik cövhərinin miqdarının yüksəlməsi
- Böyrək retension azotemiya – qlomerulonefrit, böyrəklərin amiloidozu, pielonefrit, böyrəklərin vərəmi, nefrotoksik preparatların qəbulu
- Böyrəkxarici retension azotemiya - ürək çatışmazlığı, güclü qanaxma, şok, bağırsaq keçməzliyi, yanıqlar, dehidratasiya
- Produksion azotemiya – kaxeksiya, leykoz, bədxassəli şişlər, qlükokortikoid, androgen qəbulu, qızdırmalı vəziyyət, güclü fiziki gərginlik
- Yüksək zülal tərkibli pəhriz
Sidik cövhəri miqdarının azalması
- Qaraciyər funksiyasının pozulması
- Hepatit
- Sirroz
- Kəskin hepatodistrofiya
- Qaraciyər koması
- Fosfor və arsenlə zəhərlənmə
- Hamiləlik
- Vegeterian az zülallı pəhriz, aclıq
- Akromeqaliya
- Malasorbsiya
- Hiperhidratasiya
- Dializ sonrası vəziyyət