Ferritin orqanizmdə dəmir deposu haqqında məlumat verən ən informativ göstəricidir. Bir ferritin molekulunda 4000 molekul dəmir ola bilər.  Ferritin retikulo-endotelial orqanların hüceyrələrində sintez olunur.  Orqanizmin bütün hüceyrələrində və bədən mayelərində rast gəlinir.  Dəmir ehtiyatından başqa dəmirdefisitli anemiya ilə  digər anemiyaların differensial diaqnostikasında istifadə olunur.

Hamiləlik zamanı ferritin miqdarı tədricən azala bilər:  20ci həftədə 50%, 3cü trimesterdə isə 70%-ədək. Kəskin iltihabi proses zamanı isə  ferritin səviyyəsi yüksələ bilər, çünki ferritin həm də kəskin faza zülallarından biridir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
  • Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
  • Hemoxromatoza şübhə
  • Anemiyaların differensial diaqnostikası
  • Şişlər
  • Xroniki infeksion və iltihabi xəstəliklər

Ferritin səviyyəsinin yüksəlməsi

  • Hemoxromotoz zamanı dəmir artıqlığı
  • Qaraciyər patologiyaları
  • Kəskin limfoblast və mieloblast leykoz
  • Limfaqranulematoz
  • Süd vəzi xərçəngi
  • Aclıq
  • Oral kontraseptivlərin qəbulu

Ferritin səviyyəsinin azalması

  • Dəmir defisiti (dəmir defisitli anemiya)
  • seliakiya