Litiumun qanda monitorinqi litium terapiyası qəbul edən pasientlərdə dozanın terapevtik həddə olduğunu yoxlamaq üçün aparılır. Çünki hər bir pasient üçün litium dozası yaşdan, ümumi sağlamlıq vəziyyətindən və digər preparat qəbulundan asılı olaraq seçilir. Litium əhval-ruhiyyə dəyişikliklərini stabilləşdirmək üçün istifadə olunur. Müalicəyə başlayarkən və müalicə zamanı periodik olaraq qanda səviyyəsi ölçülməlidir.
Həmçinin bu analiz litium zəhərlənməsinin təyinində istifadə olunur. Litiumla zəhərlənmənin əlamətləri:
- Yorğunluq, əzginlik
- Başdönməsi
- əzələ zəifliyi
- koordinasiyanın pozulması
- ürəkbulanma,qusma və/və ya diareya
- əsmə, titrəmə
Hədindən artıq yüksək doza stupor, qıcolma, böyrək çatışmazlığı və ölümə səbəb ola bilər.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Qan analizi axırıncı litium tərkibli preparat qəbulundan 12-18 saat sonra verilməlidir. Çünki, preparat qəbul edildikdən sonra qanda səviyyəsi dalğavari olaraq dəyişir və bu da, nəticələrdə tərəddüd doğura bilir.
- bipolyar pozğunluğun (maniakal-depressiv sidnrom) müalicəsi
- depressiyaların müalicəsi
- Terapevtik dozanın aşılması zamanı toksikasiya əlamətləri müşahidə oluna bilər
- Terapevtik dozadan az olması halında istənilən müalicəvi effekt alınmaya bilər.