Müayinələr
Müayinələr
Valproy turşusu qıcolma əleyhinə istifadə olunan əsas preparatlardan biridir. Təsir mexanizmi GABA-transferazanın inhibə olunması və GABA-nın (qamma aminobutir turşusu) miqdarını artırmasıyla əlaqəlidir. Nəticədə baş beyində motor zonaların oyanıcılığı azalır. Valproy turşusu həmçinin hematoensefalik baryerdən və plasentadan yaxşı keçir, süd verən analarda ana südünə keçir. Müxtəlif qıcolma tutmaları zamanı müsbət effekt göstərir. Preparat tez sorulur, maksimum konsentrasiyaya 1-4 saata çatır. Qaraciyərdə qlükuron turşusu ilə konyuqə olunur və sidiklə orqanizmdən xaric olunur.
Qanda valproy turşusunun miqdarının ilkin təyini müalicənin başlanmasından 2-3 gün sonra aparılır. Valproy turşusunun qəbulu zamanı qaraciyər, mədəaltı vəzi funksiyaları və qanın laxtalanması kontrolda saxlanmalıdır.
Yüksək Valproy turşusu
Müayinələr