Müayinələr
Müayinələr
Qlükoza-6-fosfat dehidrogenaza (G6FD) enerji əmələgəlmə prosesində iştirak edən fermentdir. Bütün hüceyrələrdə (o cümlədən eritrositlrədə) rast gəlinir və hüceyrələri metabolizmin toksik yan məhsullarının təsirindən qoruyur. G6FD çatışmazlığı eritrositlərin hemolizə daha meylli olmasına gətirib çıxarır.
G6FD çatışmazlığı genetik patologiyadır. Bu patologiyadan əziyyət çəkən pasiyentlərdə stress, müxtəlif infeksiyalar və bəzi dərman maddələrinin qəbulu zamanı eritrositlərin membranında dəyişiklik əmələ gəlir və eritrositlər asanlıqla parçalanırlar. Orqanizm bu eritrositləri əvəz etmək üçün yetərli yeni eritrositlər sintez edə bilmədikdə isə hemolitik anemiya yaranır. Hemolitik anemiya isə sarılıq, zəiflik, əzginlik, təngənəfəsliklə özünü göstərə bilər.
Müayinələr