Glükoza-6-fosfat-dehidrogenaza (ekspress)

25 Azn

Qlükoza-6-fosfat dehidrogenaza (G6FD) enerji əmələgəlmə prosesində iştirak edən fermentdir. Bütün hüceyrələrdə (o cümlədən eritrositlrədə)  rast gəlinir və hüceyrələri metabolizmin toksik yan məhsullarının təsirindən qoruyur. G6FD çatışmazlığı eritrositlərin hemolizə daha meylli olmasına gətirib çıxarır.

G6FD çatışmazlığı genetik  patologiyadır. Bu patologiyadan əziyyət çəkən pasiyentlərdə  stress, müxtəlif infeksiyalar və bəzi dərman maddələrinin qəbulu zamanı eritrositlərin membranında dəyişiklik əmələ gəlir və eritrositlər asanlıqla parçalanırlar.  Orqanizm bu eritrositləri əvəz etmək üçün yetərli yeni eritrositlər sintez edə bilmədikdə isə hemolitik anemiya yaranır. Hemolitik anemiya isə sarılıq, zəiflik, əzginlik, təngənəfəsliklə özünü  göstərə bilər.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Xüsusi hazırlıq tələb olunmur
  • Yenidoğulmuş uşaqda izaholuna bilinməyən sarılıq
  • Təkrarlanan kəskin hemolitik anemiya epizodları
  • Sidiyin rənginin tündləşməsi
  • Dalağın genişlənməsi
  • Ürəkgetmələr
  • əzginlik, halsızlıq
  • ürəkdöyünmənin tezləşməsi