Kreatinfosfokinaza(Kreatinkinaza)

20 Azn

Kreatinin kinaza (CK) əzələ iltihabı və zədələnməsini təyin etmək üçün istifadə olunan bir analizdir. Əzələ distrofiyaları və rabdomiolitin diaqnostikasında  istifadə olunur. Həmçinin əgər şəxs fiziki travmaya – qəza, yanıq və s. məruz qalmışsa kreatinin kinaza yoxlanılır.  Miokard infarktı və miopatiyalar zamanı da kreatininkinaza əhəmiyyətli göstəricidir.  İnfarktdan 4 saat sonra aktivliyin yüksəlməsi müşahidə olunur, 12-24 saata maksimuma çatır.  3-4 gün sonra azalması baş verir. Yüksək CK göstəriciləri zamanı zədələnmənin ürək əzələsində yoxsa skelet əzələlərində olmasını müəyyənləşdirmək üçün Kreatinin kinaza MB (CK- MB) yoxlanılır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır
  • Əzələ ağrısı
  • Əzələ zəifliyi
  • Sidiyin tündləşməsi  (sidiyin rənginin tündləşməsi tərkibində mioqlobunin olması nəticəsində ola bilər.  Mioqlobin də əzələ zədələnməsinin göstəricisi olan bir maddədir)
  • Miokard infarktının diaqnostikası
  • Onkoloji xəstəliklər
  • hipotireoz

Kreatininkinaza səviyyəsinin yüksəlməsi

  • travma
  • miokard infarktı
  • əzələlərin qan dövranının pozulması
  • bütün növ miodistrofiyalar
  • mərkəzi sinir sistemi xəstəlikləri
  • bədxassəli şişlər
  • durğunluq ürək çatışmazlığı
  • taxikardiya
  • yayılmış qıcolmalar
  • bəzi dərman maddələrinin qəbulu – korkitosteroidlər, barbituratlar,  narkotik maddələr
  • sağlam insanlarda yükəsk fiziki yük zamanı