Xolinesteraza

19 Azn

Xolinesteraza müxtəlif xolin efirlərinin hidrolizində iştirak edən fermentdir.  Qaraciyərdə sintez olunur. Xüsusilə sinir və əzələ toxumasında çox rast gəlinir.  Serumda xolinesteraza səviyyəsi qaraciyərin sintetik aktivliyinin göstəricisi kimi istifadə olunur.  Serumda xolinesterazanın aktivliyinin azalması,  bir qayda olaraq, albumin konsentrasiyasının azalması və transaminazaların aktivliyinin artması ilə müşahidə olunur. Fermentin aktivliyinin bərpa olunması qaraciyər funksiyasının normallaşmasından xəbər verir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Üzvi fosfor  insektisidlərilə zəhərlənmənin diaqnostikası
  • Qaraciyərin patologiyaları zamanı funksiyasının dəyərləndirilməsi
  • Cərrahi müdaxilələr zamanı ağırlaşma  riskinin  və pasiyentin miorelaksantların təsirinə həssaslığının təyin edilməsi

Xolinesteraza səviyyəsinin yüksəlməsi

  • 4-cü tip hiperlipoproteinemiya
  • Nefroz
  • Piylənmə
  • Şəkərli diabet zamanı piylənmə
  • Ekssudativ enteropatiya
  • Psixi xəstəliklər, alkoqolizm
  • Hamiləlik ( ilkin mərhələ)

Xolinesteraza səviyyəsinin azalması

  • Qaraciyər patologiyaları – sirroz, hepatit, qaraciyərin metastatik xərçəngi
  • Üzvi fosfor insektisidləri (xlorofos, dixlofos) ilə kəskin və xroniki intoksikasiya
  • Miokard infarktı
  • Onkoloji xəstəliklər
  • Plazmaferez
  • Hipoalbuminemiya
  • Bəzi dərman preparatlarının qəbulu (oral kontraseptivlər, anabolik steroidlər, qlükokortikoidlər)
  • Irsi olaraq xolinesteraza sintezinin pozulması
  • Miorelaksantların istifadəsi ilə cərrahi  əməliyyat sonrası vəziyyət