Pro B-tip natriuretik peptid (Pro-BNP) N-terminal ürək çatışmazlığının aşkarlanmasında və diaqnostikasında istifadə olunur. Pro-BNP ürəyin genişlənməsi və qanı damarlara qovmaq üçün həddən çox işləməsi zamanı ürəkdə sintez olunan bir peptiddir. Kardiologiyada istifadə olunan əsas analizlərdən biridir.
Pro-BNP ürək çatışmazlığını digər bənzər xəstəliklərdən- məsələn ağciyər xəstəlikləri fərqləndirmək üçün həkimlərə köməkçidir. Ürək çatışmazlığının simptomlarına aiddir:
- Tənəffüs çətinliyi, təngənəfəslik
- Yorğunluq,əzginlik
- Ayaqlarda ödem
Pro-BNP həmçinin ürək çatışmazlığına görə müalicə alan pasiyentlərdə terapiyanın effektliyini qiymətləndirmək üçün istifadə olunur. Pro-BNP-nin səviyyəsinin artması demək olar ki, həmişə ürək çatışmazlığına işarə edir. Lakin nəticəyə aşağıdakı faktorlar təsir edə bilər, ona görə də individual nəzərə alınmalıdırlar.
- Böyrəklərin funksiyasında pozğunluq
- Pasiyentin- yaşı və cinsi. Qadınlarda NT-proBNP-nin göstəricisi daha çox ola bilər.
- Revmatoid faktor
- Kardiostimulyatorun olması
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Ürək çatışmazlığından .
- Tac arteriya xəstəliyindən qaynaqlanan kəskin ağrı üçün
- Ürək çatışmazlığı müalicəsinin effektivliyini izləyərkən.
Natriuretik peptid (B tip) N səviyyələri böyük ehtimalla ürək çatışmazlığının göstəricisidir. Əksinə, normadan aşağı nəticə onun mövcudluğunu praktik olaraq istisna edir.
Natriuretik peptid (B tip) N terminal səviyyələrini artırma səbəbləri
- Xroniki ürək çatışmazlığı. Natriuretik peptid (B tip) N səviyyəsi nə qədər yüksəkdirsə, ürək çatışmazlığının şiddəti bir o qədər artır.
- Hər hansı mənşəli ürəyin sol mədəciyində kəskin artan yük.
- Kardiostimulyatorun olması.