Müayinələr
Müayinələr
Pro B-tip natriuretik peptid (Pro-BNP) N-terminal ürək çatışmazlığının aşkarlanmasında və diaqnostikasında istifadə olunur. Pro-BNP ürəyin genişlənməsi və qanı damarlara qovmaq üçün həddən çox işləməsi zamanı ürəkdə sintez olunan bir peptiddir. Kardiologiyada istifadə olunan əsas analizlərdən biridir.
Pro-BNP ürək çatışmazlığını digər bənzər xəstəliklərdən- məsələn ağciyər xəstəlikləri fərqləndirmək üçün həkimlərə köməkçidir. Ürək çatışmazlığının simptomlarına aiddir:
Pro-BNP həmçinin ürək çatışmazlığına görə müalicə alan pasiyentlərdə terapiyanın effektliyini qiymətləndirmək üçün istifadə olunur. Pro-BNP-nin səviyyəsinin artması demək olar ki, həmişə ürək çatışmazlığına işarə edir. Lakin nəticəyə aşağıdakı faktorlar təsir edə bilər, ona görə də individual nəzərə alınmalıdırlar.
Natriuretik peptid (B tip) N səviyyələri böyük ehtimalla ürək çatışmazlığının göstəricisidir. Əksinə, normadan aşağı nəticə onun mövcudluğunu praktik olaraq istisna edir.
Natriuretik peptid (B tip) N terminal səviyyələrini artırma səbəbləri
Müayinələr