Troponinlər sümük və əzələ liflərində tapılan zülal qrupudur. Üç fərqli troponin vardır: Troponin C, troponin T və Troponin l. Bu zülallar birlikdə əzələnin rığılmasına requlyasiya edirlər. Bu zülallardan ikisi Troponin T və Troponin l ancaq ürək əzələsində tapılır. Bu ürək əzələsinə xas troponinlər normalda qanda tapılmır. Ürək əzələsi hüceyrələri zədələndikdə Troponin l və Troponin l qan dövranına daxil olur. Nə qədər çox zədə vardsa o qədər çox troponin qana daxil olur. Ürək infarktə keçirən birinin troponin miqdarı zədədən sonra 3-4 saat ərzində yüksəlir və 10-14 gün yüksək miqdarda qanda qalır. 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 2 saat sonra analiz vermək olar.

Troponin analizi adətən infarkt keçirdiyi şübhələnilən xəstələrdən istənilir. Döş qəfəsində olan ağrının ürəklə əlaqəli olub olmadığını dəqiqləşdirmək üçün istək olunur

Normalda qanda troponin səviyyələri aşkar olunmayacaq qədər az olduğundan troponin səviyyəsində olan yüksəlmələr ürək əzələsində olan zədəni işarət edir. Əgər xəstədə troponin səviyyəsi aşkar edilə biləcək səviyədə yüksəkdirsə ya xəstə infarkt keçirir ya da ürə əzələsinin zədələndiyi baqa bir vəziyət vardır. Troponin səviyəsi infarktan sonra təxminən 1-2 həftə ərzində yüksək qala bilirş.

Ürəyə bağlı səbəblər aşağıdakı kimi sadalana bilər:

  • Miokard infarktı
  • Kəskin və ya xronik ürək çatışmazlığı
  • Taxikardiya
  • Kəskin iltihabi miokardit
  • Aorta qapağı xəstəliyi
  • Hipertrofik kardiomiopatiya
  • bradiaritmiya