Apolipoptotein A1 - qanın plazmasının zülallıdır, yüksək sıxlıqlı lipoproteinlərin tərkibinə daxildir,xolesterolun damar divarlarından xaric olunmasını kömək edir. YSL qara ciyərdə və bağırsaqlarda sintez olunur,və hüceyrə xolesterolun artıqlıqını qara ciyər xarici toxumalarından vəperiferik hüceyrələrindən qara ciyərə nəqliyyatını həyata keçirirlər.Apo A1 lesitin-xolesterin-asiltransferaza fermentini(LXAT) aktivləşdirir.Bu ferment xolesterolun esterefikasiyasını kataliz edir,və bununla lipoproteinləri lipidlərin nəqliyyatını gücləndirir.Apo A1 xolesterolun toxumalardan YSL “yüklənməsinin” biokimyəvi prosesləri aktivləşdirir.Apo A iki forması var: Apolipoprotein A1 və apolipoprotein A2(səviyyəsi apo A1 ilə nisbətən 3 dəfə azdır).Ürək-damar xəstəliklərin formallaşmasının riskini və damarların aterosklerotik dəyişiklərin qiymətləndirilməsi üçün Apo A1 istifadə olunur.
Apo A1 və apo B birgə müayinəsi,və apo B/apo A1 nisbətinin hesablanması,lipid mübadiləsinin pozulması,aterosklerozun,və ürəyin işemik xəstəliyin inkişaf etməsinin riskini əks etdirir.Apo A1 yüksək miqdarda,və apo B az miqdarda olması bu xəstəliklərin aşağı riskli olmasını ən dəqiq korrelyasiya edir.
Apo A1 qan dövranına xilomikronlar tərkibində daxil olmasından sonra,xilomikronlardan ayrılır,və YSL tərkibinə bağlanılır.Apo A1 xilomikronlardan ayrılmasının pozulması nəticəsindəYSL səviyyəsi azalır,triqleseridlərin konsentrasiyası isə artır.Bu aterosklerozun və ürəyin işemik xəstəliyin yaranmasına kömək edir.
Apo A1-kəskin faza zülallarına aid olunur.Müxtəlif növ kəskin xəstəliklər zamanı apo A1 səviyyəsi artır.
- Müayinə üçün biomaterial:Venoz qan
- Müayinəyə 12 saat qalmış(minimal 8 saat,və 14 saatdan çox olmammaq şərti ilə) qidanı qəbul etməmək
- Fiziki və emosional gərginliyi aradan qaldırmaq.
- Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkməmək.
- Koronar damar xəstəliklərin riskin qiymətləndirilməsi
- Lipid mübadiləsinin irsi pozulmasının diaqnostikası
- Ürək-damar xəstəliklərin və onun fəsadların inkişaf etməsinin riskini qiymətləndirilməsi
- Apolipoprotein B/apolipoprotein A1 əmsalın hesablanması üçün.Aterogenlik əmsalın yerinə və yaxud bir yerdə hesablanıla bilər.Ürək-damar
- xəstəliklərin inkişaf etməsinin riskini qiymətləndirilməsi məqsədi ilə.
- Xolesterolun yüksək səviyyədə aşkar olunmasından sonra
- Xəstənin cavan yaşlarında ürək-damar xəstəliklərin və onu fəsadların olduğu təqdirdə
- Apoliprotein A irsi çatışmazlığı şübhəsi olduğu təqdirdə
- Xəstədə hiperlipidemiya apolipoprotein A1 çatışmazlığı səbəbindən şübhəsi.
Əgər əvvəlki müayinələr ürək-damar xəstəliklərin inkişafının yüksək riskli olmasını göstərib,əgər zəstə heyvan mənşəli yağların olması ilə kasıb dieta saxlayır,və yaxud hipolipidemik preparatlar(statinlər) qəbul edir(lipidlərin məqsədli səviyyəsinə çatıb çatmamasının qiymətləndirilməsi məqsədi ilə).
Risk faktorlara aşağıdakılar aiddir:
Kişilərdə 45 yaşdan,qadınlarda 55 yaşdan yuxarı
Arterial təzyiqin yüksələnməsi(> 140/90 mm.cs)
Yaxın qohumlarda xolesterin yüksək olması,və yaxud yaxın qohumlarda ürək-damar xəstəlikləri(kişilərdə 55 yaşdan,qadınlarda 65 yaşdan cavan)
Şəkərli diabet,və bədən kütləsinin artması
Alkoqolun qəbulu,böyük miqdarda heyvan mənşəlik qidanən qəbulu.
Qanda Apolipoprotein dəyişilməsi ilə olan xəstəliklər və vəziyyətlər
Apolipoprotein A1 artması | Apolipoprotein A1 azalması |
-Ailəvi hiperalfalipoproteinemiya -Ailəvi xolesterin efirlərin nəqliyyatını həyata keçirən zülalların çatışmazlığı -Kəskin miokardın infarktı -Qara ciyər xəstəlikləri -Alkoqolizm,və alkoqolun qəbulu -Bədən kütləsinin azalması -İntensiv aerob fiziki iş -Hamiləlik(analiz ən azı doğuşdan 6 həftə sonra aparmağa məqsədəuyğun hesab olunur). Dərman preparatları:karbamazepin,fibroi turşusunun törəmələri(fibratlar),statinlər, estrogenlər,oral kontraseptivlər,fenobarbital,fenitoin,prednizolon | -Ailəvi hipoalfalipoproteinemiya(Tanjer xəstəliyi) -Hipoalfalipoproteinemiya(müxtəlif növləri) -Apo A1 genetik müxtəlif variantları -LXAT fermentin ailəvi çatışmazlığı -Ürəyin koronar damarların,və serebral arteriyaların xəstəlikləri -Triqleseridemiya,aterosklerozun yüksək riski -Hepatosellyular pozulmalar,xolestaz -Nefrotik sindrom,xroniki böyrək çatışmazlığl -Kompensasiya olunmayan şəkərli diabet -Yoluxucu xəstəliklər -Onkoloji xəstəliklər -Kəskin fazalı iltihab cavabı -Xroniki pankreatit -Sepsis -Ailəvi hiperlipidemiya -Tam parenteral qidalanma -Qara ciyərin ağır xəstəlikləri -Siqaretçəkmə -Dərman preparatların qəbulu:diuretiklər, androgenlər, proqestinlər,beta-adrenoblokatorlar. |