Lipidlər yağ və yağabənzər maddələr olub hüceyrələr üçün vacib birləşmələrdir, eyni zamanda enerji mənbəyidir. Lipid panelinə qanda olan spesifik lipidlərin qanda səviyələri ölçülür.
İki vacib lipid-xolesterin və triqliseridlər qanda lipoproteinlər tərəfindən daşınır. Hər lipoprotein xolesterin, triqliserid, zülal və fosfolipid molekullarının kombinasiyasından ibarətdir. Lipid paneldə yoxlanılan hissəciklər onların sıxlıqlarına görə yüksık sıxlıqlı lipoproteinlər( HDL), aşağı sıxlıqlı lipoproteinlər(LDL) və çox aşağı sıxlıqlı lipoproteinlər(VLDL) olaraq sinifləndirilirlər
Lipid spektrinə adətən aşağıdakılar daxil olur:
- Total xolesterin- bütün lipoprotein hissəciklərində olan ümumo xolesterin
- Yülsək sıxlıqlı lipoproteinlər-HDL hissəciklərində olan xolesterin ölçülür; adətən yaxşı xolesterin olaraq adlandırlıq. Buna səbəb artıq xolesterini qaraciyərə daşımasıdır ki buradan da orqanizmdən xaric edilir.
- Aşağı sıxlıqlı lipoproteinlər-LDL hissəciklərində olan xolesterinlər yoxlanılır. Adətən pis xolesterin olaraq adlandırılan bu lipoproteinlər artıq xolesterini damarların divarlarında toplayır ki bu da aterosklerozun yaranmasına səbəb olur
- Triqliseridlər-bütün lipoprotein molekullarında olan triqliseridlərin miqdarı ölçülür ki bunu çox hissəsi çox aşağı sıxlıqlı lipoproteinlərdə(VLDL) olur
- Aterogenlik indeksi-ümumi xolesterinin yüksək sıxlıqlı lipoproteinlərə nisbəti
Lipidlərin davamlı izlənməsi və qanda stabilliyinin qorunması sağlamlıq üçün vacibdir. Xolesterin orqanizmin düzgün fəaliyəti üçün vacib olsa da bəzi insanlar üçün xolesterin dieti vacibdir. Doymuş(saturasiya olunmuş) və trans yağlarla zəngin qidaların qəbulu və genetik olaraq meyillilik qanda yüksək miqdarda xolesterin olmasına səbəb olur. Artıq xolesterin ərp olaraq qan damarlarının divarında toplana bilir. Ərp qan damarlarını daralda və ya hətta tam tıxaya bilir ki bunun nəticəsində arteriyaların sərtləşməsi(ateroskleroz) və infarkt, insult kimi ciddi sağlıq problemlərinin yaranmasına səbəb olur.
Triqliseridlərin qanda yüksək miqdarı da həmçinin ürək damar xəstəliklərinə səbəb olur, buna baxmayaraq bunun səbəbi tam olaraq aydınlaşdırıla bilməyib.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 12-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Dislipidemiyanın diaqnostikası
- Qaraciyər və böyrək xəstəlikləri
- Endokrin patologiyalar (hipotireoz, şəkərli diabet)
- Dispanser müayinə skrininqi
- Ateroskleroz və onunla bağlı ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsi
Ürək xəstəlikləri üçün başqa risk faktorları olmayan şəxslərdə hər 4-6 ildə bir dəfə olmaqla lipid panel analizləri verilməlidir.