Sink sağlamlığımız üçün çox vacib olan mineraldır.  300-dən çox fermentin tərkibinə daxildir . Qidalı maddələrin metabolizmində, immunitetin güclü olmasında, toxumaların böyüməsi və bərpası kimi vacib proseslərdə iştirak edir.

Sink bədənimizdə ehtiyat halında toplanmır, ona görə də gündəlik qida maddələri ilə qəbul etməliyik. Qadınlar üçün norma gündəlik 8 mq, kişilər isə 11 mq-dır.  Sink çatışmazlığı risk qrupuna aiddirlər: uşaqlar, yeniyetmələr, yaşlı qadınlar, hamilə və südverən qadınlar.

Sinklə zəngin qidalar aşağıdakılardır: Qırmızı ət, dəniz məhsulları, qoz-fındıq kimi çərəzlər, süd məhsulları, yumurta, tünd şokolad

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz vermək olar.
  • İzah olunabilməyən çəki itirilməsi
  • Yaraların sağalmaması
  • Dadbilmə və iybilmənin azalması
  • Diareya (ishal)
  • Dəridə açıq yaraların əmələ gəlməsi

Sink səviyyəsinin yüksəlməsi

  • Birincili sümük osteosarkoması
  • Ürəyin tac damarlarınn xəstəliyi
  • Damarların aterosklerozu
  • Anemiya
  • Hemodializ
  • Xlortalidon, penisilamin istifadəsi

Sink səviyyəsinin azalması

  • Danbolt xəstəliyi (enteropatik akrodermatit)
  • Tifoid qızdırması
  • Vərəm
  • Qaraciyərin metastatik karsinoması
  • Seliakiya və mədə-bağırsağın digər xəstəlikləri
  • Talassemiya
  • Miokardın kəskin infarktı
  • Kəskin infeksiyalar
  • Leykemiya, limfoma
  • Revmatoid artrit
  • Böyrək xəstəlikləri
  • Hamiləlik
  • Dərinin müxtəlif zədələnmələri
  • Alopesiya
  • Kəskin stress