Bilirubin qan piqmenti olub, hemoqlobin, mioqlobin və sitoxromların parçalanma məhsuludur. Ödün əsas komponentlərindən biridir, serumda 2 fraksiyada olur: Düz (birləşmiş və ya konyuqasiyaolunmuş) və qeyri-düz (sərbəst). Hər iki fraksiya birlikdə total bilirubini təşkil edir.
Laborator diaqnostikada həm ümumi, həm də düz, qeyri-düz bilirubin təyin edilir. Hemoqlobinin parçalanması zamanı əvvəl sərbəst bilirubin əmələ gəlir. Bilirubin lipofildir, suda praktiki həll olmur, asanlıqla membran lipidlərində həll olur. Bilirubin dalaqdan qaraciyərə albuminlə daşınır. Qaraciyərdə bilirubin qlükuron turşusu ilə birləşir.
Serumda bilirubin konsentrasiyasının 27-34 mkmol/ldan yüksəlməsi zamanı artıq sarılıq yaranır. Yenidoğulmuşlarda həyatının 1-ci həftəsində fizioloji sarılıq müşahidə olunur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Hemolitik anemiya
- Qaraciyər xəstəlikləri
- Xolestaz
- Müxtəlif etiologiyalı sarılıqların differensial diaqnostiakası
Bilirubin səviyyəsinin yüksəlməsi (hiperbilirubinemiya)
- Hemolitik hiperbilirubinemiya (qaraciyəraltı sarılıq) – total bilirubin yüksəlməsi sərbəst fraksiyanın artması hesabına olur. Kəskin və xroniki hemolitik anemiya, B12 defisitli anemiya, talassemiya, geniş hematomalar
- Qaraciyər parenximatoz hiperbilirubinemiya (qaraciyər sarılığı) – total bilirubin səviyyəsinin yüksəlməsi həm sərbəst, həm də birləşmiş bilirubin hesabına olur. Qaraciyərin kəskin və xroniki diffuz xəstəlikləri, xolestatik hepatit, birincili biliar sirroz, qaraciyərin toksiki zədələnməsi və s.
- Xolestatik hiperbilirubinemiya (qaraciyərüstü sarılıq) – hər iki bilirubin fraksiyası yüksəlir. Öddaşı xəstəliyi, mədəaltı vəzinin törəmələri, helmintozlar və s.
- Funksional hiperbilirubinemiya – Jilber sindromu, Dabin-Conson sindromu, Rotor sindromu, Vilson xəstəliyi, qalaktozemiya, alfa-1-antitripsin çatışmazlığı və s.