Süd vəzi xərçənginin diaqnostikası və müalicənin izlənilməsində istifadə edilir. Onkomarkerin dəyişmə dinamikası, tək-tək götürülmüş nəticələrə nisbətən daha əhəmiyyətlidir. Belə ki, onkomarkerin get-gedə artması adətən metastaz verməni göstərir. Metastaz və residivlər zamanı Ca 15-3 əlamətlərin kliniki özünü göstərməsini 6-9 ay qabaqlayır.
- Analiz üçün son qida qəbulundan azı 4 saat keçməlidir.
- Analiz dirsək venasından götürülmüş nümunədə yoxlanılır.
- Xəstəliyin gedişinin monitorinqi, erkən residivlərin aşkarlanması, müalicənin effektivliyinin qiymətləndirilməsi
- Süd vəzi xərçəngi ilə xoşxassəli mastopatiyanın differensial diaqnostikası
CA 15-3 səviyyəsinin yüksəlməsi
- Süd vəzi karsinoması
- Bronxogen karsinoma
- Mədə xərçəngi
- Qaraciyər xərçəngi
- Mədəaltı vəzi xərçəngi
- Yumurtalıq, uşaqlıq xərçəngi
- Autoimmun xəstəlik
- Hamiləliyin 3-cü trimesterində CA 15-3ün fizioloji yüksəlməsi mümkündür ( 50 ed/ml-dək)