Mədəalti vəzi karsinomasının onkomarkeridir. Yüksək spesifikliyə malik deyil, ona görə skrininq müayinələrində istifadəsi tösiyə olunmur. Bu markerin miqdarı yoxlanılan üsuldan çox asılıdır. Ona görə təkrar müayinə analoji metodla, eyni laboratoriyada aparılmalıdır.
Bu onkomarkerin yüksək səviyyəsi yoğun və düz bağırsaq xəstələrində pis proqnostik göstəricidir. CA 19-9 ödlə xaric olur. Ona görə də istənilən xolestaz zamanı miqdarı yüksəlir. Əməliyyat sonrası 1-7 ay ərzində CA 19-9 yüksəlməsi zamanı residiv ehtimalı yüksəkdir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Son qida qəbulundan ən azı 4 saat keçməlidir.
- Xəstəliyin gedişinin monitorinqi
- metastazların erkən diaqnostikası
- mədəaltı vəzi karsinomasının müalicəsinin effektliyinin qiymətləndirilməsi
CA 19-9 səviyyəsinin yüksəlməsi
- mədəaltı vəzi xərçəngi (70-100%)
- sidik kisəsi xərçəngi
- qaraciyər və ödyolları xərçəngi
- mədə xərçəngi
- süd vəzi xərçəngi
- yumurtalıq, uşaqlıq xərçəngi
- kəskin və xroniki hepatitlər
- xolesistit
- kistik fibroz