Mədə və yumurtalıq xərçəngində monitorinq üçün istifadə olunan onkomarkerdir. Sağlam, yetkin insanın toxumalarında praktiki olaraq sintez olunmur. CA 72-4 səviyyəsinin yüksəlməsi 40% hallarda mədə-bağırsaq xərçəngi zamanı, 36% ağciyər xərçəngi zamanı, 24% yumurtalıq xərçəngi zamanı müşahidə olunur. Bəzi hallarda (6,7%) xoşxassəli törəmələr zamanı da bu onkomarkerin səviyyəsi yüksələ bilər.
CA 72-4 daha çox CEA ilə birlikdə yoxlanılır. Həmçinin mədə xərçənginin müalicəsinin izlənməsi üçün CA 19-9la birgə də yoxlanıla bilər. Yumurtalıq xərçənginin monitorinqi üçün isə CA 125-lə birlikdə istifadə olunur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Son qida qəbulundan azı 4 saat keçməlidir.
- Əgər pasiyent yüksək doza biotinlə müalicə alırsa son dərman qəbulundan 8 saat keçməlidir.
- Mədə və yumurtalıq xərçənginin ilkin diaqnostikası və proqnozu üçün
- Mədə, yumurtalıq, kolorektal xərçəng zamanı cərrahi müdaxilənin effektliyinin qiymətləndirilməsi və sonrakı monitorinqi
Nəzərdə saxlamaq lazımdır ki, istifadə olunan üsuldan asılı olaraq müayinə nəticələri fərqlənə bilər. Müxtəlif üsullarla əldə olunmuş nəticələri qarşılaşdırmaq olmaz, çünki bu yanlış kliniki interpretasiyaya səbə ola bilər.
CA 72-4 nəticəsinin yüksəlməsi
- Mədə, yumurtalıq, süd vəzi, yoğun bağırsaq, ağciyər, endometrium, mədəaltı vəzi xərçəngi
- Xoşxassəli törəmələr – pankreatit, qaraciyər sirrozu, ağciyər xəstəlikləri, yumurtalıqların xoşxassəli şişləri, revmatik xəstəliklər, ginekoloji xəstəliklər, mədə-bağırsağın xoşxassəli şişləri