Bədxassəli şiş və metastaz onkomarkeridir. Embrion və dölün həzm sistemi toxumalarında sintez olunur. Molekulyar strukturunun əsas xüsusiyyəti tərkibində çoxlu miqdarda karbohidratların olmasıdır (60%-dək) Uşaq doğulduqdan sonra CEA sintezi artıq dayanır. Sağlam insanların və hamilə qadınların qanında CEA normada təyin olunmur. Çox az miqdarda yalnız bağırsaq, qaraciyər, mədəaltı vəzi toxumalarında rast gəlinə bilər. Orqanizmdə şiş olduğu zaman CEA-nın miqdarı xeyli yüksəlir.
- Analiz dirsək venasından götürülmüş qanda yoxlanılır.
- Son qida qəbulundan heç olmasa 4 saat keçməlidir.
- Risk qrupuna daxil olan şəxslərdə xərçəngin erkən diaqnostikası
- Xəstəliyin gedişatının monitorinqi və müalicənin effektliyinin yoxlanması
- C –hüceyrə karsinomasının diaqnostikası
CEA səviyyəsinin yüksəlməsi (onkopatologiya)
- Kolorektal karsinoma
- Ağciyər xərçəngi
- Süd vəzi xərçəngi
- Qaraciyər və sümüyə olan metastazlar
- Prostat və yumurtalığın metastazları
CEA səviyyyəsinin yüksəlməsi (somatik patologiyalar)
- Qaraciyərin sirrozu və xroniki hepatitlər
- Kolorektal polip
- Yaralı kolit
- Pankreatit
- Vərəm
- Pnevmoniya
- Mukovissidoz
- Böyrək çatışmazlığı
- Kron xəstəliyi
- Autoimmun xəstəliklər
- Siqaretçəkmə