APUD sistemi hüceyrələrinin neyroendokrin şişlərinin spesifik onkomarkeridir. Belə şişlərə - neyroblastoma, retinoblastoma, qalxanabənzər vəzin medulyar karsinoması, karsinoid, feoxromositoma, ağciyərin kiçikhüceyrəli xərçəngi, mədəaltı vəzin adacıqlarının karsinoması aiddir.
Ağciyərlərin kiçikhüceyrəli xərçənginin əsas onkomarkeridir. Kimyaterapiyasına cavab verən pasiyentlərdə birinci terapiyadan sonra müvəqqəti olaraq NSE səviyyəsinin yüksəlməsi müşahidə olunur. Buna səbəb şiş hüceyrələrin sitolizidir. Növbəti bir həftə ərzində NSE-nin miqdarının referens dəyərinədək sürətli düşməsi izlənilir. Müalicəyə cavab olmadıqda NSE səviyyəsi daimi artır və ya çox az azalır. Remissiya zamanı pasiyentlərin əksəriyyətində (80-96%) normal NSE səviyyəsi izlənilir. Residiv zamanı NSE səviyyəsi artır.
NSE həmçinin insult, sinir sisteminin travması, beynin xoşxassəli şişlərində də yüksələ bilər, bir qayda olaraq bu nevroloji defisitin xoş olmayan proqnozudur.
• Analiz dirsək venasından götürülən qan nümunəsində yoxlanılır. • Son qida qəbulundan 4 saat keçməlidir. • Əgər pasiyent yüksək dozalı biotin ilə (5mq/gündə) müalicə alırsa, müayinə son biotin qəbulundan 8 saat sonra aparılmalıdır.
- Kiçikhüceyrəli ağciyər xərçənginin diaqnostika və monitorinqi
- Neyroendokrin şişlər
Analizin nəticəsi istifadə olunan üsuldan asılı olaraq fərqlənə bilər. Müxtəlif üsullarla alınmış nəticələri qarşılaşdırmaq olmaz, çünki bu qeyri-düzgün kliniki interpretasiyaya səbəb ola bilər.
NSE səviyyəsinin yüksəlməsi
- Neyroblastoma
- Ağciyərin kiçikhüceyrəli xərçəngi
- APUD şişlər
- Neyroendokrin şişlər
- Seminoma
- Xoşxassəli xəstəliklər (septik şok, pnevmoniya, sinir sistemi travması, beyinin xəstəlikləri)
Analizin nəticəsi istifadə olunan üsuldan asılı olaraq fərqlənə bilər. Müxtəlif üsullarla alınmış nəticələri qarşılaşdırmaq olmaz, çünki bu qeyri-düzgün kliniki interpretasiyaya səbəb ola bilər.
NSE səviyyəsinin yüksəlməsi
- Neyroblastoma
- Ağciyərin kiçikhüceyrəli xərçəngi
- APUD şişlər
- Neyroendokrin şişlər
- Seminoma
- Xoşxassəli xəstəliklər (septik şok, pnevmoniya, sinir sistemi travması, beyinin xəstəlikləri)