Müayinələr
Müayinələr
Prostat vəzi toxumasına spesifik olan zülaldır, onkomarker kimi istifadə olunur. Normal prostat toxumasında, adenomada, prostat xərçəngi metastazlarında, prostat şirəsində, eyakulyat plazmasında aşkarlanır digər heç bir xərçəng və toxumalarda rast gəlinmir.
Yarımparçalanma dövrü 4 gündür. Qanda PSA 2 formada olur: sərbəst və müxtəlif antiproteazalarla birləşmiş şəkildə. Sərbəst PSA ümuminin təqribi 10%-ni təşkil edir. Ümumi PSA miqdarı normada yaş artdıqca yüksəlir, lakin 4 nq/ml keçmir. Prostat vəziyə istənilən müxaniki qıcıqlandırma PSA miqdarının artmsına gətirib çıxara bilər.
PSA-nın 30 nq/ml-dən çox olması bir qayda olaraq bədxassəli törəməyə işarə edir. İrəli dərəcə prostat xərçəngi və metastaz olan pasiyentlərdə PSA 1000 nq/ml və daha çox olur. Müalicənin monitorinqi zamanı PSA səviyyəsi referens nəticələri ilə deyil, pasiyentin özünün əvvəlki nəticələri ilə müqayisə olunmalıdır.
Nəzərdə saxlamaq lazımdır ki, biopsiyadan, prostatektomiyadan, prostat massajından sonra 3 həftə ərzində PSA yüksəlmiş ola bilər. Yanlışlıqların qarşısını almaq üçün ümumi və sərbəst PSA eyni metodla, eyni qan nümunəsindən yoxlanmalıdır.
Yüksək PSA
Müayinələr