Onkoloji xəstəliklər günümüzdə ən geniş yayılan xəstəliklərdəndir. Bədxassəli şişlər bütün dünyada ölüm göstəricilərinə görə liderlik edir. Hazırda 14 milyondan çox insan xərçəng diaqnozu ilə mübarizə aparır.
Bədxassəli şişlər nə qədər erkən mərhələdə aşkarlanırsa, müalicəsinin nəticəsi də bir o qədə müsbət olur. Onkoloji xəstəliklərə meyillilik və ya bir-başa xərçəng xəstəliyinin erkən aşkarlanmasında onkomarkerlərdən istifadə olunur.
ROMA indeksi – qadın sağlamlığımı qiymətləndirmək üçün vacib metodlardan biridir. Onun köməkliyi ilə yumurtalıqlarda gedən patoloji prosesləri aşkarlamaq mümkündür. Yumurtalıq xərçəngi qadınlar arasında ən çox rastgəlinən bədxassəli şişlərdən biridir. ROMA indeksi yumurtalıqların epitelisində olan patologiyanı göstərir.
Bu test həmçinin mədəaltı vəzi, süd vəziləri, uşaqlıq boynu və ağciyərlərdə olan xərçəngin diaqnostikasında köməkçi metod kimidə istifadə edilə bilər. ROMA indeksi xüsusi bir düsturla hesablanır. Bunun üçün spesifik zülal birləşmələrinin (He-4 və CA-125) miqdarını yoxlamaq lazımdır. Nəticələr premenopauza və postmenopauza dövründən asılı olaraq fərqlənir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
Xərçəng xəstəliyinə meyilliyə şüphə olduğu halda, məsələn - irsi faktor, həyat tərzi, kiçik taz orqanlarının xəstəlikləri olduqda, qadınların ildə 1 dəfə ROMA onkomarkeri verilməsi məsləhət görülür.
ROMA riyazi formulunda şiş markerinin səviyyəsi Ca 125 və HE4 istifadə edilərək yoxlanılan zaman , xəstənin menopauza vəziyyətini nəzərə alırıq, məsələn, 79,6% və ya 9,1% yumurtalıq xərçəngi ehtimalını nəzərə alır. Nəticənin təfsiri xəstənin menopoz vəziyyətindən asılıdır.
ROMA alqoritmi, menopauza sonrası qadın qrupunda 92.3 % həssaslıq və 76.0 % spesifiklik ilə yumurtalıq xərçəngini və menopauzadan əvvəl qadın qrupunda 100% həssaslıq və 74.2% spesifikliyi ilə yumurtalıq xərçəngini təyin edir. Ümumi qadın qrupundakı ROMA alqoritminin imkanlarını qiymətləndirərkən həssaslıq 93,8%, spesifiklik 74,9%, testin mənfi proqnozlaşdırma dəyəri isə 99% dir. Bundan əlavə, bu alqoritm invaziv yumurtalıq xərçəngi olan qadınların 94%-ni və erkən mərhələdə yumurtalıq xərçəngi olan qadınların 85% -ni təyin etdi.