Dəmir həyati vacib mikroelementdir, toxumalara oksigen daşınmasında iştirak edir. Tənəffüs piqmentlərinin (hemoqlobin, mioqlobin) , sitoxromların, dəmir tərkibli fermentlərin ( katalazalar, mieloperoksidazalar) tərkibinə daxildir. Dəmir həmçinin porfirin metobolizmi, kollagen sintezi və immun sistemin işində də iştirak edir.
Orqanizmə dəmir qida ilə daxil olur, sorulma 12barmaq bağırsaqda baş verir. Ümumi dəmirin 70%-i hemoqlobinin tərkibində olur. 20%-i depoda (qaraciyər, dalaq, sümük iliyi) ferritin və hemosiderin şəklində toplanır.
Dəmirin bağırsaqdan sorulması dəmir defisiti, zəif eritropoez zamanı artır. Orqanizmdə dəmir həddən çox olduğu zaman blok olunur.
Dəmirin miqdarı sutka ərzində dəyişir, cins və yaşdan asılıdır. Ən yüksək həddi səhər tezdən qeyd olunur. Qadınlarda dəmirin miqdarı həmçinin menstrual sikllə əlaqədardır. Yuxunun azlığı, stress, fiziki gərginlik həmçinin nəticəyə təsir edir. Hamiləlik zamanı, xüsusən hamiləliyin ikinci yarısında dəmirin miqdarı azalır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Analiz dəmir tərkibli preparatların qəbulundan ya öncə ya da dərmanların dayandırılmasından 5-7 gün sonra verilməlidir.
- Əgər pasiyentə qanköçürmə edilibsə analiz verilməsi bir- neçə gün sonraya saxlanılmalıdır.
- Müxtəlif etiologiyları anemiyaların differensial diaqnostikası
- Kəskin və xroniki infeksion xəstəliklər, sistem iltihabı proseslər
- Qidalanma və sorulma pozğunluqları, avitaminozlar
- Dərmir tərkibli preparatlarla zəhərlənmə
Dəmir səviyyəsinin artması (HİPERFERREMİYA)
- Hemoxromatoz
- Dəmir preparatının parenteral yolla artıq miqdarda daxil olması
- Təkrar hemotranstuziyalar
- Uşaqların dəmir preparatlardan kəskin zəhərlənməsi
- Hemolitik anemiyalar,hipo- və aplastik anemiyalar
- Vitamin B12 ,B6 və folio-defisit hiperxrom anemiyalar
- Talassemiya
- Nefrit
- Qaraciyər xəstəlikləri(kəskin hepatit,xroniki hepatit)
- Dəmirin hemoqlobinin sintezində lazımı qədər istifadə olunmamasının nəticəsi
- Kəskin leykomiya
- Qurğuşunla zəhərlənmə
- Xloramfenikol (levomisesil),estrogen ,oral kontraseptirlər,metotreskat,sisnlatin kimi dərman preparatlarının istifadəsi
Dəmir səviyyəsinin azalması (HİPOFERREMİYA)
- Dəmir çatışmazlığı anemiyası
- Kəskin və xroniki yoluxucu xəstəliklər,sepsis,kollagen
- Şişlər(həmçinin kəskin və xroniki leykoz,miyeloma)
- Orqanizmin artıq miqdarda dəmir itkisi (kəskin və xroniki qanaxmalar)
- Dəmirin orqanizmə az miqdarda daxil olması (süd məhsulları və bitki tərkibli pəhrizlər,malabsorbsiya sindromu,mədə-bağırsaq xəstəlikləri
- Orqanizmin dəmiri çox miqdarda istifadəsi(hamiləlik,südəmər dövr,yetkinlik dövrü,yüksək fiziki işlər)
- Pernisioz anemiyanın remissiyası (avitaminoz B12)
- Hipotireoz
- Nefrotik sindrom
- Qaraciyərin xroniki xəstəlikləri(hepatit sirroz)
- Allopurinolun,androgenin,aspirinin,xolesterimanın,qlükokortidlərin qəbulu