Qandakı kalsiumun fizioloji aktiv hissəsidir. Kalsium fizioloji effektləri (əzələ yığılması, hormonların sekresiyası, reseptor proseslər, hüceyrə bölünməsi və s.) ionlaşmış forması tərəfindən həyata keçirilir. İonlaşmış kalsium ümumi kalsiumun 43-50%-ni təşkil edir. Onun miqdarının gün ərzində dəyişir. İonlaşmış Klasiumun miqdarı parathormon, kalsitonin, aktiv D3 ilə tənzim olunur. Qanda kalsium səviyyəsinə həmçinin zülallar, maqnezium, turşu-qələvi nisbəti təsir edir.
Sərbəst kalsiumun təyini kalsium mübadiləsinin vəziyyətini daha dəqiq təyin etməyə imkan verir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Analiz səhər 8-11 arası verilməlidir.
- Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
- Metabolizmin qiymətləndirilməsi
- Hiperkalsienemiya
- Hipokalsienemiya
- Böyük travmalar
- Sepsis, yanıqlar
- Pankreatit
- Multiorqan çatışmazlığı
- Qaraciyər və böyrəklərin ağır patologiyaları
- Malasorbsiya
- Hamilə qadınların müayinəsi
İonizə kalsium səviyyəsinin yüksəlməsi
- Birincili hiperparatireoidizm
- Parathormon sintez edən ektopik şişlər
- Həddən çox vitamin D qəbulu
- Bədxassəli şişlər
- Asidoz
- Litium, androgenlər kimi dərmanların qəbulu
İonizə kalsium səviyyəsinin azalması
- Birincili hipoparatireoidizm
- Vitamin D defisiti
- Sepsis
- Kəskin pankreatit
- Böyrək çatışmazlığı
- Eninəzolaqlı əzələlərin ağır zədələnməsi
- Maqnezium çatışmazlığı
- Alkaloz
- Hipernatriemiya
- Atrofik qastrit
- Alkoqol