İonizə kalsium

20 Azn

Qandakı kalsiumun  fizioloji aktiv hissəsidir.  Kalsium fizioloji effektləri  (əzələ yığılması, hormonların sekresiyası, reseptor proseslər, hüceyrə bölünməsi və s.) ionlaşmış forması tərəfindən həyata keçirilir.  İonlaşmış kalsium ümumi kalsiumun 43-50%-ni təşkil edir.  Onun miqdarının gün ərzində dəyişir.  İonlaşmış Klasiumun miqdarı parathormon,  kalsitonin, aktiv D3 ilə tənzim olunur.  Qanda kalsium səviyyəsinə həmçinin zülallar, maqnezium, turşu-qələvi nisbəti təsir edir. 

Sərbəst kalsiumun təyini kalsium mübadiləsinin vəziyyətini daha dəqiq təyin etməyə imkan verir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Analiz səhər 8-11 arası verilməlidir.
  • Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
  • Metabolizmin qiymətləndirilməsi
  • Hiperkalsienemiya
  • Hipokalsienemiya
  • Böyük travmalar
  • Sepsis, yanıqlar
  • Pankreatit
  • Multiorqan çatışmazlığı
  • Qaraciyər və böyrəklərin ağır patologiyaları
  • Malasorbsiya
  • Hamilə qadınların müayinəsi

İonizə kalsium səviyyəsinin yüksəlməsi

  • Birincili hiperparatireoidizm
  • Parathormon sintez edən ektopik şişlər
  • Həddən çox vitamin D qəbulu
  • Bədxassəli şişlər
  • Asidoz
  • Litium, androgenlər kimi dərmanların qəbulu

İonizə kalsium səviyyəsinin azalması

  • Birincili hipoparatireoidizm
  • Vitamin D defisiti
  • Sepsis
  • Kəskin pankreatit
  • Böyrək çatışmazlığı
  • Eninəzolaqlı əzələlərin ağır zədələnməsi
  • Maqnezium çatışmazlığı
  • Alkaloz
  • Hipernatriemiya
  • Atrofik qastrit
  • Alkoqol