Magnezium (Mg)

13 Azn

Maqnezium əzələ yığılması, sinir funksiyaları, sümüklərin möhkəmliyi və enerji istehsalı üçün həyati önəmə sahib bir mineraldır. Orqanizmə yalnız qida ilə daxil ola bilir və nazik bağırsaqlardan qana sovrulur. Orqanizmdə olan maqneziumun sadəcə 1 faizi qanda olur, geri qalanı sümük, hüceyrə bə toxumalarda toplanır.

Orqanizmdə maqnezium çatışmazlığı adətən malabsorbsiya sindromunun səbəb olduğu qidalanma pozulması və maqneziumun böyrəklərdən çox miqdarda xaric edilməsi nəticəsində yaranır.  Hipermaqneziumemiya isə çox miqdarda maqnezium tərkibli antiasidlərin istifadəsi və böyrəklərin maqneziumu xaric etmə qabiliyəti zəiflədikdə meydana gəlir.

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • 8-12 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Qanda xroniki olaraq kalsium və kalium səviyyəsinin aşağı olması
  • əzələ zəifliyi
  • aritmiya
  • qıcolma
  • diarreya
  • böyrək xəstəlikləri

Maqnezium səviyyəsi artır:

  • Dehidratasiya,
  • böyrək çatışmazlığı
  • adrenokortikal çatışmazlıq,
  • Addison xəstəliyi,
  • travma,
  • hipotireoidizm
  • hiperparatiroidizm
  • müxtəlif miyelomalar

Maqnezium səviyyəsi azalır:

  • Pəhriz kəskin pankreatit
  • xroniki qlomerulonefrit
  • hiperaldosteronizm
  • diabetik ketoasidoz
  • hipoparatiroidizm
  • əməliyyatsonrası
  • kəskin yanıqlar
  • pre-eklampsiya