Müayinələr
Müayinələr
Orqanizmə lazım olan enejinin 60% qida ilə qəbul edilən karbohidratlarla təmin edilir. Mədə-bağırsaq yollarında mürəkkəb karbohidratlar(əsasən nişasta polisaxaridi) fermentlər vasitəsi ilə sadə molekullara - monosaxaridlərə parçalanırlar və qana sorulurlar. Monosaxaridlərin 80%-ni qlükoza təşkil edir.
İnsan orqanizmin əksəriyyət hüceyrələri qlükozanı məhdud miqdarda toplanmağa qadirdir.Lakin qlükozanın əsas deposu üç tip hüceyrələr təşkil edir.
Digər toxumalardan fərqli olaraq baş beyin qlükozanı sintez etmək və toplanmağa qadir deyil. Baş beyinin normal funksiya etməsi üçün qlükozanın qanda minimal konsentrasiyası 3 mmol/l olmalıdır.
Hepatositlər və miositlər qlükozanı qlikogen şəklində depolayırlar. Qlikogen qlükozanın yüksəkmolekullu polimeridir.
Qlükozanın gün ərzində qanda konsentrasiyası adətən 8 mool/l-dən yuxarı və 3.5 mmol/l-dən aşağı olmur.
Qanda qlükozanın səviyyəsini tənzimləyən hormonlar
Hormon | İfraz olunan orqan | Cavab reaksiyası | Qanda şəkərə olan əsas effektləri |
İnsulin | Mədəaltı vəzi(beta hüceyrələr) | Qlükozanın səviyyəsinin artması | Azaldır |
Qlükaqon | Mədəaltı vəzi(alfa-hüceyrələr) | Qlükozanın səviyyəsinin azalması | Artırır |
Adrenalin(epinefrin) | Böyrəküstü vəziləri(beyin maddəsi) | Stress | Artırır |
Kortizol | Böyrəküstü vəziləri | Qlükozanın səviyyəsinin artması və/yaxud stress | Artırır |
Somatotropin(boy hormonu) | Hipofizin ön payı | Qlükozanın səviyyəsinin azalması və/yaxud stress | Artırır |
Sağlam hamilə qadınlarda inkişaf edən dölün qlükozaya olan tələbatını ödənilməsi səbəbindən acqarına olan qanda qlükozanın konsentrasiyası hamilə olmayan vaxtına nisbətən aşağı ola bilər. Hamiləlik zamanı adaptiv hormonal dəyişikliklər qadının orqanizmdə insulinə qarşı tolerantlığını artırır. Bu qlükozanın döl üçün daşınmasını asanlaşdırır. Bəzi qadınlarda insulinin nisbi çatışmazlığı hamiləlik diabetinə(hestasion diabet) gətirib çıxara bilər. Hamilə qadınlar hestasion diabetə görə 24-28 həftə arası yoxlanılmalıdırlar. Hestasion diabet adətən doğuşdan sonra keçir.
Hiperqlikemiya və hipoqlikemiyanın son formaları xəstənin həyatı üçün təhlükə yarada bilər(orqanların işinin pozulması, baş beyin funksiyasının pozulması,koma).Xroniki olaraq qlükozanın yüksək konsentrasiyası böyrəklərin, gözlərin, ürəyin, qan damarların və sinir sistemin zədələnməsinə gətirir. Xroniki hipoqlikemiya baş beyin və sinir sistemin pozğunluqlarına səbəb ola bilər.
Qlükozanın konsentrasiyasının artması(hiperqlikemiya)
Qlükozanın konsentrasiyasının azalması(hipoqlikemiya)
Müayinələr