25-OH Vitamin D3

0 Azn

Vitamin D bioloji aktiv maddələr qrupudur.  Xolekalsiferol(Vitamin D3) dəridə ultrabənövşəyi şüaların təsiri ilə sintez olunur və insan bədəninə qida ilədə daxil olur. Erqokalsiferol (vitamin D2) insan orqanizminə yalnız qida ilə daxil olur. Orqanizmdə Vitamin D-nin səviyyəsini öyrənmək üçün, qanda Vitamin D-nın əsas metaboliti olan 25 OH Vitamin D müayinə olunur.

     25 OH Vitamin D,qaraciyərdə Vitamin D-nin hidroksiləşmə reaksiyasının birinci mərhələsində əmələ gəlir və orta bioloji aktivliyə malikdir.Qanda nəqli zülallarla bir kompleksdə transport olunur və piy toxumasında depolaşır. 25 (OH) D-nin kiçik bir hissəsi böyrəklərdə hidroksiləşmə reaksiyasına məruz qalır və daha aktiv formaya çevrilir 1.25 OH Vitamin D.Vitamin D-nin əsas rolu kalsium metabolizmasının tənzimlənməsi ilə bağlıdır.Vitamin D-nin səviyyəsi yaş,mövsüm,qida qəbulu,etnik və qeoqrafik populyasiya kimi faktorlardan asılı olaraq dəyişkən olur. Kalsium metabolizminin tənzimlənməsi ilə yanaşı , son illərdə aparılan elmi-tədqiqatlar əsasında müəyyən olunub ki, orqanizmdə  Vitamin D-nin normal səviyyədə olması  bir sıra onkoloji xəstəliklərin, şəkərli  diabetin, sklerozun, ürək-damar xəstəliklərinin və vərəmin yaranma riskini azaldır.

Vitamin D çatışmamazlığından uşaqlarda rəxid,böyüklərdə isə osteomalyasiya xəstəliyi kimi özünü biruzə verir.

Vitamin D-nin normadan artıq olması isə toksiki effekt verə bilər. Beləki dozadan və istifadə müddətindən asılı olaraq Vitamin D intoksikasiyası, hiperkalsemiya, hiperfosfatemiya, yumşaq toxumaların kalsifikasiyası, ürəkbulanma, qusma, qəzblik, anoreksiya,fiziki inkişafın zəifləməsi ilə müşahidə oluna bilər.

  • Müayinə üçün biomaterial:Venoz qan
  • Müayinəyə 12 saat qalmış(minimal 8 saat,və 14 saatdan çox olmammaq şərti ilə) qidanı qəbul etməmək    
  • Raxit ilə asossiasiya olunan kalsium metabolizminin pozulması,
  • hamiləlik,
  • qidalanma və həzm sisteminin pozulması,
  • böyrək osteodistrofiyası,
  • hipoparatireoidizm,
  • postmenopauzal osteoporoz

Vitamin D-nin artması

Vitamin D-nin azalması

  • Vitamin D intoksikasiyası
  • Günəş işığına intensiv ekspozisiya
  • Dinatrium etidronatın qəbulu(peroral)
  • Qida pozğunluğu,malabsorbsiya,steatoreya
  • Biliar və portal sirroz
  • Antikonvulsant qəbulu ilə bağlı osteomalyasiya
  • Aluminium hidroksid,xolestiramin,xolestipol,dinatrium etidronat(venadaxili),qlükokortikoidlər,izoniazid,mineral yağlar,rifampinin qəbulu
  • Böyrək osteodistrofiyasının bəzi hallarında
  • Kistoz-fibroz osteit
  • Tireotoksikoz
  • Mədəaltı vəz çatışmamazlığı
  • Seliakiya
  • Bağırsağın iltihabı xəstəlikləri,bağırsağın rezeksiyası
  • Rəxid
  • Alsqeymer xəstəliyi
  • Hipoparatireoidizm
  • Birincili hiperparatireoidizm
  • Xroniki böyrək çatışmamazlığı