Müayinələr
Müayinələr
Fol turşusu normal hemopoez üçün çox vacib vitamindir. Bağırsağın mikroflorasında sintez olunur. Hissəvi olaraq qida ilə də daxil olur ( ispanaq, lobyakimilər, dənəli bitkilər və s.). Purin, pirimidin , DNT, RNT, zülal sintezi, xolin mübadiləsində iştirak edən fermentlərin kofaktorudur.
Fol turşusu hüceyrələrin bölünməsində böyük rol oynayır, hemoqlobin və mioqlobində zülal qrupu ilə hemin birləşməsini təmin edir. Eritro-, leyko-, trombositopoezi, bütün orqan və toxumalarda regenerator prossləri stimulə edir. Fol turşusunun həmçinin anti-aterosklerotik, onkoprotektor və nootrop təsiri vardır.
Fol turşusu çatışmazlığı meqaloblastik anemiyaya səbəb olur. Həmçinin bu zaman hipotrofiya, sümük iliyi funksiyasının zəifləməsi, mədə-bağırsağın selikli qişasının, dəri örtüklərinin normal inkişafı pozulur. Hamilələrdə fol turşusu çatışmazlığı düşüklərə, plasentanın vaxtından əvvəl qopmasına, spontan abortun başverməsinə, döldə anadangəlmə eybəcərliklərə, hidrosefaliyaya, beyin yırtıqlarına və s. səbəb olur, dölün zehni inkişafını ləngidir.
Qaraciyərdə fol turşu ehtiyatı az miqdarda toplanır, ona görə də qəbulunun dayandırılmasından 1 ay sonra artıq çatışmazlığı yaranır, fol turşusu ilə bağlı anemiya isə 4 ay sonra özünü göstərir.
Fol turşusu miqdarının yüksəlməsi
Fol turşusu miqdarının azalması
Müayinələr