Vitamin B6(adermin) 3 hidroksi 2 metiliridinlərin törəmələri olan və bioloji aktivliyə malik qrup maddələrdir.Bu qrupa Piridoksin,Piridoksal,Piridoksamin və Piridoksalfosfat daxildir.Bunlardan ən çox bioloji əhəmiyyət kəsb edən Piridoksalfosfatdır. Vitamin B6-nın koferment formaları demək olar ki bütün ferment siniflərinin kataliz reaksiyalarında iştirak edir.Beləliklə o, zülal.karbohidrat,lipid metabolizminin,gemin və biogen aminlərin biosintezinin,qalxanvari vəzinin hormonlarının və digər bioloji aktiv maddələrin tənzimlənməsində iştirak edir. Katalitik təsirdən əlavə,Vitamin B6 bəzi aminturşuların hüceyrə membranlarından aktiv transport prosesində iştirak edir.Bundan əlavə Piridoksalfosfat hioxolesterinemik və lipotrop təsir göstərir və Piridoksalfosfatın orqanizmdə yetərli miqdarı qaraciyərin normal funksionallığını təmin edir.

          Vitamin B6 çatışmamazlığının əsas fəsadları hipoxrom anemiya və qıcolmalardır.Bundan əlavə quru seboreya, stomatit, qlossit, konyuktivit, yuxusuzluq, meteorizm,ağız ətrafı xoralar kimi xəstəlik və simptomlar qeyd olunur.Vitamin B6 hipervitaminozunun hər hansı bir  kəskin fəsadları aşkar olunmamışdır. Lakin bəzi hallarda yüksək dozada Vitamin B6 qəbulu zamanı itkinlik,iynələmə, ətrafların hissiyatının qısa müddətli itirilməsi kimi simptomlar qeyd olunur.

  • Müayinə üçün biomaterial:Venoz qan
  • Müayinəyə 12 saat qalmış(minimal 8 saat və 14 saatdan çox olmamaq şərti ilə) qidanı qəbul etməmək     

Müxtəlif hipo və hipervitaminozların differensial diaqnostikası zamanı

Vitamin B6-nın artması

VitaminB6-nın azalması

  • Vitamin B6 intoksikasiyası
  • Sterilizə edilmiş süd ilə körpələrin qidalanması
  • Hamilələrdə toksikoz
  • Uzunmüddətli izoniazid qəbulu
  • Anadangəlmə homosistenuriya,sistatinouriya,ksantenuriya(Knapp sindromu)
  • Piridoksin asıllı qıcolma sindromu
  • Piridoksin asıllı anemiya