Askorbin turşusu orqnizmidə birləşdirici toxumanın və sümük toxumasının funksionallığının qorunmasını təmin edən bir maddədir.Bioloji aktiv yalnız bir izomeri vardır- L-askorbin turşusu və Vitamin C adlanır.Vitamin C, neyropeptidlər, adrenal kortikalsteroid hormonlar, tropokollagen-kollagen dəyişikliyi, tirozin və folat metabolizmində rol oynayır.
Vitamin C çatışmamazlığı zamanı rast gələn simptomlar bunlardır: immun sisteminin zəifləməsi,damaq qanaxmaları,dəri quruluğu,fiziki travmalar sonra toxumaların gec sağalması,saş tökülməsi,yorgunluq,əzələ tonusunun zəifləməsi,qasıq nayihəsində və ətraflarda revmatoid ağrılar,dişlərin silkələnməsi və tökülməsi, damarların kövrəkliyi nəticəsində dəri altı qanaxmalar və s.Uzunmüddətli Vitamin C qəbulu Vitamin B 12-nin sovrulmasının pozulmasına,sidikdə sidik turşusunun konsentrasiyasının artmasına,böyrəkdə oksalat daşlarının əmələ gəlməsinə, estrogen preparatları qəbul edən qadınların qanında estrogenlərin konsentrasiyasının artmasına səbəb olur.
- Müayinə üçün biomaterial:Venoz qan
- Müayinəyə 12 saat qalmış(minimal 8 saat,və 14 saatdan çox olmammaq şərti ilə) qidanı qəbul etməmək
Müxtəlif hipo və hipervitaminozların differensial diaqnostikası zamanı
Vitamin С-nin artması | Vitamin C-nin azalması |
|
|