Müayinələr
Müayinələr
Homosistein metioninin aminturşusunun metabolizmi nəticəsində əmələ gəlib, qısa müddət ərzində parçalanan və orqanizmdə çox az miqdarda olan aminturşudur. Miqdarı orqanizmdə artdığı zaman ürək-damar xəstəlikləri, insult, Altsheymer, osteoporoz (sümüklərdən kalsiumun itirilməsi) kimi xəstəliklərin yaranma riski artır.
Homosistein iki yolla parçalanır: B qrupu vitaminlər və ya fermentasiya yolu ilə. Homositeinin parçalanmasında B6, B12 və B9 (folat turşusu) vitaminləri iştirak edir. Beləliklə, orqanizmdə bu vitaminlərin çatışmazlığı zamanı qanda homosisteinin miqdarı artır.
Homosistein infarkt və ya insult riski yüksək olan insanlar üçün önəmli göstərici hesab oluna bilər. Ailə tarixçəsində ürəyin işemik xəstəliyi olan, lakin, yüksək qan təzyiqindən, piylənmədən və siqaret çəkmə vərdişindən əziyyət çəkməyən insanlarda ürək-damar xəstəliklərinin diaqnozu üçün əhəmiyyətli sayılır. Bu halda homosisteinin yüksək miqdarı damar divarlarının zədələnməsinə və qan laxtalarının yaranmasına səbəb olub, ateroskleroz xəstəliyinin yaranma riskini artırır.
Homosistein miqdarının artması:
Müayinələr